Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə107/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Şəkil 45. Siqaret çəkmə 
Tütün tüstüsünün tərkibinə 30-dan çox zəhərli maddə 
daxildir: ammonyak, sianrd turşusu, hidrogen-sulfid, dəm qazı, 
radioaktiv maddələr, tütün qətranı və onlara bənzər maddələr. 
Tütün yalnız ondan istifadə edənin orqanizminə deyil, həm də 


Mülki müdafiə 
167 
qapalı mühitdə istifadə edilirkən orada olan digər insanlara da 
mənfi təsir edir. Hesablamalar görə, bir saat tütün istifadə 
olunan otaqda qalarsa, o sanki 4 siqaret çəkmiş (passiv 
istifadəçi) kimi olur. Həmin insanlarda nikotin zəhələnməsi 
əlamətləri əmələ gəlir: baş ağrısı, mədə bulanması, arıqlama 
baş verir. 
NARKOMANİYA
 
(«yunanca – yuxu, bihuşluq, mania – 
cəzb etmə, ağılsızlıq») - narkotik vasitələrdən istifadə etdikdə 
yaranan xroniki xəstəlikdir.
NARKOMANİYA – sosial təhlükəli psixi xəstəlik olub, 
əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək yolu ilə 
mərkəzi sinir sistemində «komfort sahəsi»ni süni olaraq 
stimullaşdırmaq üçün (şövqləndirməklə) fərdin (şəxsin) 
qarşısıalınmaz cəhd göstərməsidir (şəkil 46). 
Şəkil 46. Narkotik maddədən istifadə 
 
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün 
təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan 


Mülki müdafiə 
168 
fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və 
təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik 
yaradır.
Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına 
və fiziki gücün tükənməsinə gətirib çıxarır. Orqanizmin 
zəhərlənməsi daxili orqanların-qara ciyər və böyrəyin 
zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş 
yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə 
qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan 
narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez 
yoluxurlar. 
Azərbaycanda 
daha geniş istifadə olunan 
narkotiklər, tiryək, heroin, çətənə, həşiş, kokain və LSD-dir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin