Mülki müdafiə
169
MÜHARİBƏ-ölkələr və ya sosial,
etnik və digər qruplar
arasında silahlı mübarizədir; məcazi mənada müəyyən siyasi
qüvvələr arasında siyasi mübarizənin, düşmən münasibətlərinin
ən kəskin formada həllidir. Siyasi səbəblərdən qurbanlar ən çox
müharibələr nəticəsində alınır.
Müharibə öz mahiyyətinə görə,
bu və ya digər dövlətlərin (sosial qrupların) öz siyasətini zorakı
vasitələrlə davam etdirməsidir. Hərbi təhlükə başlayan andan
regionda hərbi vəziyyət-təcavüzü dəf etmək üçün şəraitin
yaradılması tətbiq edilir. Hərbi vəziyyət dövründə insanların
hüquq və azadlıqları məhdudlaşdırılır.
Həmin ərazidə
məhsulların istehsalı dövlətin, hərbi qüvvələrin ehtiyaclarının
ödənməsi üçün səfərbər edilir (şəkil 47).
Dostları ilə paylaş: