Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə111/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
174 
• Ümumi təsirli zəhərli maddələr 
• Boğucu təsirli zəhərli maddələr 
Ümumi təsirli zəhərləyici maddələrə enerji mübadiləsini 
kəskin pozduğuna görə zədələnmişin ölümünə səbəb olan 
birləşmələr 
aiddir. 
Bu 
maddələr 
qan 
və 
toxuma 
zəhərləyicilərinə bölünür. Qan zəhərləyiciləri iki yarım qrupa 
bölünür: hemoqlobin və hemolitik zəhərlər. Toxuma zəhərləri 
də öz növbəsində üç növə bölünür. 
Boğucu təsirli toksiki maddələrin əsas təsir obyekti tənəffüs 
üzvləridir. Belə maddələrin orqanizmə təsirini şərti olaraq 4 
dövrə bölürlər: 
• Maddə ilə təmas dövrü 
• Gizli dövr
• Ağ ciyərlərin toksiki dövrü
• Ağırlaşmalar dövrü 
Hər dövrün davam müddəti kimyəvi maddənin toksiki 
xüsusiyyətindən və dozanın təsir göstərdiyi müddətdən asılıdır. 
Bir sıra maddələrin buxarlarınını yüksək konsentrasiyasının 
təsirindən tez bir müddətə ölüm baş verir. Ölümün səbəbi 
dərinin açıq sahələrinin, yuxarı tənəffüs yollarının və ağ 
ciyərlərin kimyəvi yanığı nəticəsində inkişaf edən şok 
vəziyyətidir. 
Ən çox yayılmış güclü təsirli zəhərli maddələrə aiddir: azot, 
sulfat, fosfor turşuları, ammonyak, metan, xlor, civə, karbon 
qazı və s. 
Ammonyak. 
Ammonyak boğucu təsirli maddədir. Rəngsiz 
qazdır, naşatır iyi verir, havadan yüngüldür. Soyuducu agent 
kimi soyuducu qurğularda, gübrə istehsalında və başqa 
sahələrdə istifadə edilir. Suda yaxşı həll olur. Gözlərin və 
tənəffüs yollarının əhəmiyyətsiz dərəcədə qıcıqlanması, gözün 
və burunun qıcıqlanması, asqırma, tüpürcək ifrazı, mədə 
bulanması və baş ağrısı, üzün qızarması, tər ifrazı, sidik ifrazı 


Mülki müdafiə 
175 
və döş sümüyü nahiyəsində ağrılar, ağızın, yuxarı tənəffüs 
yollarının selikli qişası və gözün buynuz qişası kəskin 
qıcıqlanır, öskürək tutmaları, boğulma hissi, narahatlıq, baş 
hərlənməsi, mədədə ağrı, qusma kimi əlamətləri müşahidə 
olunur. 
Hidrazin.
 
Hidrazin boğucu təsirli maddədir. Ümumi təsir 
xarakteri: hava yolla daxil olduqda hidrazin və onun törəmələri 
ağ ciyərlərin zəhərlənməsinə səbəb olur, bunun da fonunda 
mərkəzi sinir sisteminin ağır zəhərlənməsi formalaşır, bir sıra 
hallarda bu ölümə gətirib çıxarır. Yuxarı tənəffüs yollarının və 
gözün selikli qişasının qıcıqlanması, bronxit, ağ ciyərlərin 
kəskin şişməsi, depressiya, qara ciyərdə piy, karbon mübadiləsi 
kimi funksiyaları pozulur, şuurun qaralmasına, sarılığa, ürək 
fəaliyyətinin pozulmasına, qara ciyər ağrılarına, qusmaya səbəb 
olur. Nəticədə insan ölümü baş verir.
Dioksin. 
Dioksin maddələr mübadiləsini pozan maddədir. 
Təsirinin ümumi xarakteri: həm tənəffüs yolları, həm dəri 
vasitəsilə, həm də mədə-bağırsaq yolu ilə daxil olduqda kəskin 
təsir 
göstərir. 
Zəhərlənmə 
maddələr 
mübadiləsinin 
pozulmasına, qara ciyərin zədələnməsinə, sinir sistemi 
funksiyalarının pozulmasına gətirib çıxarır. Bədən çəkisi itirilir, 
su qəbulu kəskin azalır. Güclü susuzlaşma adətən ölümə səbəb 
olur. Maye göz ətrafindakı dərialtı toxumaya yığılır, sonra üzə, 
boyuna, bədənə yayılır. Kəskin təsiri nəticəsində üzdə və 
boyunda sızanaqların əmələ gəlməsi ilə nəticələnir ki, bu da 
onların müalicəyə tabe olmamasıdır. Bundan başqa ayaqda və 
əllərdə dəri qalınlaşması, əl və ayaq dırnaqlarının dağılması, üz 
və qaş tüklərinin tökülməsi müşahidə olunur.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin