Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə116/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Sığınacaqların təsnifatı
. Sığınacaqlar aşağıda sadalanan 
xüsusiyyətlərə görə təsnif olunur: 
• Mühafizə xüsusiyyətlərinə görə; 
• Yerləşdiyi əraziyə görə; 
• Həcminə görə; 
• Tikilmə tarixinə görə; 
• Konstruksiya materiallarına görə; 


Mülki müdafiə 
181 
• Elektrik enerjisi ilə təminatına görə; 
• Filtr-ventilyasiyaların quraşdırılmasına görə; 
• Sülh şəraitində istifadə məqsədinə görə. 
Həcminə görə
sığınacaqlar aşağıdakılara görə təsnif olunur: 
• kiçik – 150 insan yerləşən; 
• orta ölçülü – 150 – 600 insan yerləşən 
• böyük həcmli – 600-dən çox insan yerləşə bilən növlərə. 
150 nəfərdən az tutumu olan sığınacaqlar o halda inşa edilir 
ki, həm yerli şərait, həm də iqtisadi nöqteyi-nəzərdən sərfəli 
olsun. 1000-2000 nəfərlik tutumu olan sığınacaqlar inşa 
edilərkən tikintinin adambaşına maya dəyəri aşağı düşür. 
Yerləşdiyi əraziyə
görə: 
• Tikililərdə (binanın zirzəmi və baza hissələrində); 
• Metropolitendə və dağ oyuqlarında; 
• Kənarda yaradılanlar (bina tərkibində olmayanlar). 
Tikildiyi yerinə
görə: 
• Binanın tərkibində tikilənlər; 
• Binanın xaricində tikilənlər (binanın tərkibində tikilənlərə 
zirzəmiləri, dağ şaxtalarını aid etmək olar).
Tikilmə tarixinə
görə: 
• Sülh dövründə əvvəlcədən tikilən sığınacaqlar; 
• Boş meydançalarda yaradılan tez tikilən sığınacaqlar. 
Tikilmə materiallarına
görə: 
• Meşə materiallarından tikilənlər; 
• Daş divarlılar; 
• Dəmir-betonlu (dəmir – betonlular tikiliş növünə görə bir 
neçə növə bölünür: dəmir – monolit, monolit və dəmir. Geniş 
yayılan dəmir – monolitlilərdir)
• Parçadan, bərk materialdan (brezetdən) tikilən sığınacaqlar. 
Enerji təminatına
görə: 
• Şəhərin elektrik xəttlərilə təmin olunanlar; 


Mülki müdafiə 
182 
• Şəhərin elektrik xəttləri ilə yanaşı həm də qoruyucu mənbə 
ilə təmin olunan sığınacaqlar. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin