Mülki müdafiə
185
• İnsanları nüvə, kimyəvi və bakterial silahların zədələyici
amillərindən, yanğının, təbii fəlakətlərin təhlükələrindən
qorumalıdır;
• Subasmayan ərazilərdə tikilməlidir;
• Giriş və çıxış qapılarının hər ikisi eyni dərəcədə mühafizə
qabiliyyətinə malik olmalıdır, onların dağıntıları zamanı isə
qəza çıxışı olmalıdır;
• Çıxışlarda tez alışan və güclü
tüstülənən materiallar
olmamalıdır;
• Binanın hündürlüyü 2,2 metrdən az olmamalı və
döşəmənin yerdən hündürlüyü 20 sm-dən az olmamalıdır;
• Filtro-ventilyasiya qurğuları havanı zərərli maddələrdən
təmizləməlidir və sığınacaqdakı insanları normalara uyğun
təmiz hava ilə təmin etməlidir.
Sülh dövründə sığınacaqları istehsal və təsərrüfat məqsədilə
istifadə etdikdə onların mühafizə
xüsusiyyətləri nəzərə
alınmalıdır. Belə sığınacaqların fövqəladə hal rejiminə
keçirilməsi üçün mümkün qədər az vaxt sərf edilməlidir.
Sığınacaqda daldalananlar müvafiq sanitar-texniki şərtlərlə
təmin olunmalıdır.Bu şərtlərin əsas göstəriciləri aşağıdakılardır:
• karbon qazının miqdarı (1 – 3%);
• tempratur (23 – 31
0
C);
• havanın nəmliyi (70 – 80%)
Dostları ilə paylaş: