Mülki müdafiə
186
• Tibb otağı.
• Ərzaq üçün anbar.
Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat
ehtiyacları üçün istifadə
etməyə maneçilik törədirsə, onları
sığınacağı mühafizəyə hazırlıq rejiminə keçirərkən düzəldirlər.
Sığınacağın geniş sahəli otaqlarını 50-75 nəfərlik otaqlara
bölmək lazımdır (şəkil 50).
Şəkil 50. Sığınacağın planı.
1
.
Qoruyucu hermetik qapılar. 2.Tambur dəhlizlər. 3.Sanitariya-məişət
otaqları. 4.İnsanlar yerləşən əsas otaq. 5.Qəza çıxış yolu. 6.Süzücü
vüntilyasiya kamerası. 7.Ərzaq məhsulları anbarı. 8. Tibb otağı
Radiasiya əleyhinə daladalanacaqlar, təyinatı, quruluşu,
istifadə qaydası.
Hətta sülh dövründə belə insanların həyatı və
sağlamlığı üçün potensial təhlükəli bir sıra obyektlər vardır.
Atom elektrik stansiyaları, radioaktiv
maddələrlə işləyən
labaratoriyalar və s. belə obyektlərə aiddir. Lazımi mühafizə
şəraiti yaradılarsa onlar istehsalat
müəssisələrinin birinci
mərtəbələrində və ya zirzəmilərində yerləşə bilər.
Mülki müdafiə
187
Radiasiya əleyhinə daldalanacaq
(RƏD) planlaşdırıldışda
binanın
tikildiyi material, mərtəbələrin sayı və bir sıra digər
amillər nəzərə alınır. Şəhər əhalisininin
RƏD-də yerləşdirilməsi
onları radioaktiv zədələnmədən mühafizə edir. Kənd yerlərində
və çox da böyük ərazisi olmayan şəhərlərdə nüvə silahının
tətbiq edilməsə belə RƏD mütləq inşa edilir və ya quraşdırılır.
Radiasiya əleyhinə daldalanacaq kimi ilk növbədə binaların
zirzəmiləri, evlərin yeraltı anbarları, tərəvəz saxlanan anbarlar,
yeraltı dağ-mədən mağaraları, yaşayış
evlərinin və istehsalat
müəssisələrinin otaqları istifadə edilə bilər,
lakin əvvəlcədən
məqsədəuyğun xüsusi şərait yaradılmalıdır (şəkil 51).
Dostları ilə paylaş: