Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə124/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
193 
prosesərinin və ətraf mühitin zədələyici faktorlarının təsirini 
aradan qaldırmaq və ya azaltmaq məqsədi daşıyır. Fərdi 
mühafizə vasitələri zədələyici və ziyanverici faktorların 
növlərini (mexaniki, termiki, işıq, kimyəvi, bioloji, radiasiya və 
s.), onların xarakterini, təsir mexanizmini və mümkün müştərək 
(zərərli) təsirlərini nəzərə alaraq hazırlanır. Fərdi mühafizə 
vasitələri bunlardır: 
• Dəri mühafizə vasitələri 
• Tibbi muhafizə vasitələri 
• Tənəffüs üzvlərinin mühafizə vasitələri 
Hazırlanma prinsipinə görə fərdi mühafizə vasitələri 
aşağıdakı növlərə bölünür:
• Sənaye üsulu ilə hazırlanmış və əhali tərəfindən əlaltı 
materiallardan 
hazırlanmış 
sadə 
vasitələr; 
• İnsanlarda tənəffüs üzvlərinin etibarlı qoruyan vasitə 
əleyhiqazlardır. 
Əleyhqazlar.
Əleyhqaz – tənəffüs üzvlərinin qoruyur, 
həmçinin görmə orqanını və üzü qoruyan əleyhiqazlar da 
mövcuddur. Əleyhqazlar müdafiə xüsusiyyətlərinin tipinə görə 
bölünürlər:
• Süzücü əleyhqaz – zəhərləyici maddələrin konkret 
növündən və əhatə edən havanın zəhərli tərkib hissələrindən 
süzücü funksiyasını icra edir. 
• Təcridedici əleyhqaz – tənəffüs orqanları ətraf mühitin 
oksigeni ilə deyil, oksigenlə zənginləşdirici sistemin və 
bərpaedici patronun generasiya etdiyi hava ilə tənəffüs edirlər. 
Əleyhqaz 3 vəziyyətdə daşınır: «səyyar», «hazır» və 
«döyüş». Əleyhqazı «səyyar» vəziyyətdə daşımaq üçün 
aşağıdakıları ardıcıllıqla etmək lazımdır:
• Əleyhqaz çantasını sağ çiyinə elə taxırlar ki, o sol tərəfdə 
dayansın və klapanı özündən əks tərəfə yönəlsin;


Mülki müdafiə 
194 
• Çiyinə taxılan kəməri elə nizamlamaq lazımdır ki, 
çantanın yuxarı kənarı bel kəməri səviyyəsində olsun;
• Çantanın klapanını açıb əleyhqazı çıxarmaq, istifadəyə 
yaralılığını yoxlamaq, üz hissənin düzgün bərkidildiyini, 
gözlüklərin şüşələrinin şəffaflığını və nəfəs vermə klapanlarını 
yoxlamaq, çirkli şüşələri təmizləmək, tərləməyən plyonkalar 
şəffalığını itiribsə – dəyişmək lazımdır; 
• Sonra çantaya yerləşdirmək, klapanı bağlamaq lazımdır; 
• Çantanı bir qədər geriyə yerləşdirmək lazımdır ki, yeriş 
zamanı qollara mane olmasın və lazım gələrsə çanta bağ 
vasitəsilə kəmərə bərkidilir. 
Əleyhqazı hazır vəziyyətə gətirən zaman çantanın klapanı 
açılır, əleyhqaz bel bağı vasitəsilə bədənə bərkidilir, baş örtüyü, 
çənə altı bağları boşaldılır, yaxud xüsusi geyim vasitəsinin baş 
hissəsi açılır. Əleyhqazı bel kəmərində daşımaq üçün, kəmər 
çıxardılır çantanın arxa divarunda olan asılqana taxılır və 
bədənə elə bərkidilir ki, yerişə mane olmasın. 
«

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin