Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə126/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Uşaqlar üçün əleyhqaz PDF. 
Hal-hazırda uşaqlar üçün 
əleyhiqazlardan 
ən 
mükəmməl 
modellər 
PDF-2D 
(məktəbəqədər uşaqlar üçün) və PDF-2Ş-dir (məktəb yaşlı 
uşaqlar üçün). Əleyhqaz 1,5 yaşdan yuxarı uşaqlar üçün 
nəzərdə tutulub, uşaqların tənəffüs üzvlərini, sifətini və 
gözlərini zəhərləyici maddələrdən, bioloji aerozollardan və 
radioaktiv tozlardan qoruyur. 
Quruluşu.
Süzücü-uducu qutu QP-7K, MD-4 (uşaq üçün 
maska) üz hissə, tərləməyən plyonkalarla qutu və çanta.
PDF-2D 1 və 2 ölçülü üz hissəsi ilə, PDF-2Ş isə 2 və 3 
ölçülü üz hissəsi ilə komplektləşdirilib. Komplektin çəkisi: 
məktəbəqədər uşaq komplekti-750 qr, məktəb yaşlı isə 850 qr-
dan artıq olmur. Süzücü və uducu qutu öz quruluşuna görə QP-
5 əleyhiqazının qutusu kimidir, lakin havaya müqaviməti azdır. 
Əleyhiqazı 2 hissəli çantada saxlayırlar: bir hissəsində üz 
maskası, digər hissəsində süzücü-uducu qutu saxlanır. Çantanın 
daxilində xüsusi cibdə-tərləməyən plyonkalarla qutu, üz 
cibində isə fərdi kimya əleyhi paket olur. Uyğun ölçüdə qutu 
QP-7 əleyhi qazı kimi seçilir. Başın üfüqi və vertikal ölçüləri 


Mülki müdafiə 
197 
ölçülür, ölçülər 5 mm-ə qədər yuvarqlaşdırırlar. Sonra xüsusi 
cədvəl ilə seçilir (şəkil 55). 
 
 
 
 
 
Şəkil 55. Uşaq əleyhqazı PDF-2D 
Sənaye əleyhqazı PFM
. Kiçik ölçülü süzücü sənaye 
əleyhqazı PFM-1 tənəffüs üzvlərini, üzü, gözləri havada qaz, 
toz və aerozol (toz, tüstü, duman) halında olan zəhərli 
qatışıqlardan mühafizə üçün nəzərdə tutulmuşdur. Komplektin 
tərkibinə daxildir: üz hissə, kiçik ölçülü süzücüedici – uducu 
qutu, çanta, sürtgü olan flakon. PFM-1 əleyhqazı təyinatına 
görə aşağıdakı zəhərli qatışıqlardan etibarlı mühafizəni təmin 
edir (şəkil 56): 
Üzvü birləşmələr, fosfor və xlor, üzvü zəhərli kimyəvi 
maddələrdən; 
• Turş qazlar və buxarlardan; 
• Ammonyakdan; 
• Ammonyak, hidrogen sulfid maddələrindən
• Mərgümüş və hidrogen-fosfid birləşmələrindən; 


Mülki müdafiə 
198 
• Turş qazlar və buxarlar, üzvü birləşmələr, mərgümüş və 
hidrogen-fosfid qarışığından; 
• Civə buxarlarından; 
• Azot oksidlərindən. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin