Mülki müdafiə
199
Şəkil 57. Respirator R-2
Toz əleyhinə parça maska PTM-1.
PTM-1 pambıq-
tənzif sarğı olub, insanın tənəffüs üzvlərini radioaktiv tozdan və
ikincili
bakterial
vasitələr buludundan
mühafizə edir.
Zəhərləyici maddələrdən isə qorumur. Maska və sarğı əhalinin
özü tərəfindən hazırlanır. 2
əsas hissədən, korpus və bərkidici
hissədən ibarətdir. Korpus 2-4 qat parçadan hazırlanır. Onda
gözlük hissə üçün dəlik hazırlanır və şüşələr taxılır. Maskanın
baş hissəsində kənarlarına parça bağları tikilir. Maskanın üzə
kip oturması onun həm yuxarı, həm aşağı
tikişlərinə rezin
taxmaqla əldə edilir. Hava nəfəs alan zaman bütün parça boyu
təmizlənir. Maskanı hər bir şəxs hazırlaya bilər. Maskanı
radioaktiv tozla yoluxmaq təhlükəsi zamanı baxırlar. Yoluxmuş
ərazidən çıxarkən ilk imkan düşən kimi dezaktivasiya edirlər.
Radioaktiv toz silkələnir, qaynar suda sabunla yuyulur və suyu
tez-tez dəyiştəklə yaxşıca yaxalanır (şəkil 58).