Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə131/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

anatoksinlər, 
bakteriofaqlar
aiddir. Bu vasitələr Aİ-2 fərdi dərman 
qutusunda yerləşir. Tabel üzrə fərdi tibbi vasitələrə fərdi 
dərman qutusu (Aİ-2), kimya əleyhinə fərdi paket (KƏFP-8) və 
fərdi sarğı paketi (FSP) aiddir.
Fərdi dərman qutusu Aİ-2
. Fərdi dərman qutusu Aİ-2 
zəhərli və bakterioloji vasitələrin təsirinin qarşısını almaq, 
zəhərin təsirini zəiflətmək, insanın şoka halının qarşısını almaq 
preparatlarına malikdir.
Sümüklər sınarsa, ağır yaralanma olarsa, geniş yanıqlar 
əmələ gələrsə, bu kiçik qutunun daxilindəki tibbi preparatlardan 
istifadə olunur.
Fərdi dərman qutusu yuvacıqlara malik, 90x100x20 mm 
ölçüdə, 130 qr çəkiyə malik rəngli plastik materialdan 
hazırlanmış qutudur. Havanın soyuq vaxtı maye halında olan 


Mülki müdafiə 
204 
dərman vasitələrinin donmaması üçün onu paltarın içəri cibində 
saxlamaq lazımdır (şəkil 60).
Dərman qutusunun yuvacıqlarında aşağıda göstərilən dərman 
maddələri yerləşdirilir: 
Yuvacıq № 1 - ağrıkəsici vasitə, şpris-tübikdə hazır halda olur. 
Sınıqlar zamanı, geniş sahəli yaralar, yanıqlarda istifadə edilir. 
Təcili hallarda inyeksiyanı paltarın üstündən də yeritmək olar. 
Yuvacıq № 2 - fosforüzvi zəhərləyici maddələrlə zəhərlənmələr 
zamanı istifadə olunan antidot. Zəhərlənmə təhlükəsi olduqda 
antidot qəbul edilir və bundan sonra əleyhqaz geyilir. 
Yuvacıq № 3 - antibakterial vasitə. Preparatdan radiasiyanın 
təsirindən yaranan mədə-bağırsaq pozuntularında, yoluxucu 
xəstəliklərin profilaktikasında istifadə edilir. 
Yuvacıq № 4 - radiasiyadan qoruyucu vasitə. Radiasiya 
təhlükəsi olduqda qəbul edilir. 
Yuvacıq № 5 - geniş təsir spektrli antibakterial vasitə. 
Yoluxucu xəstəliklərlə yoluxma təhlükəsi olduqda və ya 
yoluxma baş verdikdə, geniş ölçülü yanıq və yaralarda təcili 
profilaktik vasitə kimi istifadə olunur. 
Yuvacıq № 6 - radiasiyadan qoruyucu vasitə. Preparat atom 
elektrik stansiyasında baş verən qəzadan sonra, radiasiyalı 
ərazidə otlayan inəyin təzə südündən içdikdə 10 gün 
müddətində qəbul olunur. Preparat orqanizmə südlə daxil olan 
radioaktiv yodun qalxanvari vəz tərəfindən tutulmasının 
qarşısını alır. 
Yuvacıq 
№7 - qusmaya qarşı vasitə. Başda olan 
zədələnmələr,beyin silkələnmələri zamanı, eyni zamanda 
radioaktiv şüalanma baş verdikdə qusmanın profilaktikası 
məqsədi ilə istifadə olunur. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin