Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


İlk tibbi yardımın göstərilmə qaydaları



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə134/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İlk tibbi yardımın göstərilmə qaydaları 
209 
Yaralanma zamanı göstərilən ilk yardım qanaxmanın 
dayanmasını, açıq yara yerinin sarğı ilə örtülməsini, zədələnmiş 
sahənin rahatlığı üçün bu yerin immobilizasiya (tərpənməz) 
halına salınması təmin edilməlidir.
Qəza vəziyyətində ilk yardım çantalarından istifadə 
o
lunmalıdır.
Yardım çantasında olmalıdır : (şəkil 61) 

üçkünc sarğı bezlərı; 

rulonlu sarğı bezlərı; 

sterıl qazlı bezlər; 

pambıq; 

yara bandları; 

boyunluq; 

turna jqutu; 

antıseptık məhlullar; 

ağrı kəsıcı; 

sancaq; 

qayçı; 

fənər.
Şəkil 61. İlk yardım çantası 
Lakin çox zaman qəza zamanı əl altında yardım çantaları və 
tibbi vasitələr olmur.Belə halda əl altında olan vasitələri tibbi 
vasitələr kimi istifadə etmək olar .
Müxtəlif hallarda ilk yardım 
göstərmək üçün aşağıdakı müxtəlif üsullardan istifadə etmək 
lazımdır-adamın əynindəki yanan paltarın söndürülməsi,süni 
tənəffüs verilməsi,tənəffüs üzvlərinin (əleyhqaz,pambıq tənzif 
maskası geyməklə) və qanaxmaların müvəqqəti olaraq 
dayandırılması,yara və yaxud yanıq yerinin sonrakı 
kirlənmədən qorumaq üçün yaraya və yanıq yerinə sarğı 


İlk tibbi yardımın göstərilmə qaydaları 
210 
qoyulur, zəhərləyici maddələr olduqda əleyhqaz geydirilir və 
zəhərə qarşı xüsusi antidot verilir. 
Sual və tapşırıqlar: 
1. İlkin yardım nədir? 2.İlk yardım çantasında nə 
olur? 3.Yara nədir? 4. Yaralının zədələnmə 
ocağından çıxarılma qaydaları hansılardır? 
§ 31. QANAXMANIN NÖVLƏRİ VƏ İLK TİBBİ 
YARDIM QAYDALARI 
Qanaxma
— hər hansı travma zamanı qan damarlarının 
zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma 
adlanır. Qanaxmanın müvəqqəti dayandırılması zədələnmiş 
insanı xilas edərkən görülən vacib işlərdən biridir və güclü 
qanaxmalar zamanı ilk növbədə yerinə yetirilir. 
Xarici qanaxma hallarında – qan dərinin səthinə axıb 
tökülərkən, zədələnmiş damarın növünə görə qanaxmanı 
aşağıdakı qruplara ayırmaq olar: (şəkil 62) 


Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin