İlk tibbi yardımın göstərilmə qaydaları
211
-
Arteriya qanaxma
: Al-qırmızı qan şırnağı yaradan,
nəbz ritminə uyğun axır. Arteriya damarına sıxıcı sarğı,
turna, burmac qoymala qanaxmanı dayandırmaq
mümkündür. Xırda arteriyalardan qanaxmanı, həmçinin
sıxıcı sarğı sarımaqla dayandırmaq olar.
Bu məqsədlə
yaranın üzərinə bir neçə steril bint və ya tənzif, üstdən
pambıq qatı qoyub, yaranı bintlə möhkəm sıxıb sarımaq
lazımdır.
Şəkil 62. Xarici qanaxma növləri
Qanaxmanı dayandırmaq üçün turnadan istifadə etmək
lazımdır.
Turna
rezindən və ya möhkəm parçadan ola bilər.
Rezin turna uclarında zəncir və qarmaq olan 1,5 m uzunluqda
elastik yoğun rezin borucuqdan və ya lentdən ibarətdir.
Yaralanmış
insana turna qoyarkən, onun altına yumşaq
parçadan, pambıq və tənzifdən altlıq qoymaq lazımdır.
Parça
turna eni 3-4 sm və uzunluğu 2 m-dək olan pambıq parça
qaytandan
ibarətdir ki, onun bir ucuna toqqalı burmac
birləşdirilir.
İlk tibbi yardımın göstərilmə qaydaları
212
Turna olmadıqda əlaltı vasitələrdən (kəndir, dəsmal, bint, ip,
qayış və s.) istifadə etməkləburmac qoymaq olar. Burmac
ətraflara halqa kimi sarınmalıdır ki, onun altına
dörd barmaq
sərbəst keçə bilsin. Sonra bu sarğının altına çubuq keçirilməklə
qanaxma dayanana kimi burulub sıxılır (şəkil 63).
Dostları ilə paylaş: