İlk tibbi yardımın göstərilmə qaydaları
221
başlanır.
Şəkil 67. Qida zəhərlənməsi.
Xəstə qusduqdan sonra ona qarın işlətmə duzları (400 - 500
ml suda 20 - 30 q maqnezium-sulfat və ya natrium sulfat)
içirdirlər. Xəstəni yataqda uzadıb qarnına isitqac qoymaq
lazımdır. Ağrılar olduqda 5-7 damcı 0,1 %-li atropin-sulfat və
ya 0,015 q xanımotu (belladonna), bəzən atropin (0,5 - 1 ml 0,1
%-li) məhlulunu dəri altına yeritmək olar. Kollaps baş verdikdə
ürək damar dərmanları: 2 ml 25 %-li kordiamin məhlulu, 2 ml
20 %-li kamfora məhlulu, 1 ml 10 %-li kofein məhlulu, 1 ml 1
%-li mezaton məhlulu dəri altına yeridilir. Orqanizm
susuzlaşdıqda və elektrolitləri itirdikdə 500 - 1000 ml, natrium-
xloridin izotonik məhlulunun damcı üsulu ilə dəri altına və ya
venaya yeridilməsi təşkil edilməlidir.
Eyni zamanda venaya 10 - 12 ml 10 %-li natrium xlorid
məhlulu
yeridilməlidir.
İntoksikasiya
və
susuzlaşma
İlk tibbi yardımın göstərilmə qaydaları
222
simptomlarının kollaps əlamətləri ilə birləşməsi, hökmən damcı
üsulu ilə venaya mayelərin (5 %-li qlükoza ilə birlikdə natrium-
xlorid izotonik məhlulunun) yeridilməsini və ürək-damar
dərmanlarının (kofein, mezaton; 0,5 - 1 ml 0,2 %-li
noradrenalin məhlulunu damcısalan pipetkaya əlavə edirlər)
yeridilməsini tələb edir.
Qida maddələri ilə zəhərlənmə hallarında əvvəlinci 1 - 2 gün
ərzində xəstə yeməkdən çəkinməlidir, bu zaman ona ilıq çay
vermək olar. Sonralar isə həkimin göstərişi üzrə qidalanma
rejimi tədricən genişləndirilir.
Məişət
zəhərlənmələri
,
Alkoqol
. Ondan
sui-istifadə
edilməsi-məişət zədələnmələrinin ən çox təsadüf olunan
səbəbidir. Alkoqolla (narkoz zəhəri ilə) zəhərlənmə zamanı
şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu
zaman ağızdan və qusuntu kütləsindən səciyyəvi alkoqol iyi
gəlir. Bəbəklər əvvəl daralır, onların işığa və ya buynuz qişa
refleksinə
reaksiyası
mühafizə
olunur,
daha
dərin
intoksikasiyada bəbəklər genişlənir, onların işığa və buynuz
qişa refleksinə reaksiyası olmur. Bu zaman tənəffüsün dərin
olması, nəbzin tez-tez vurması qeyd edilir, ağır intoksikasiya
zamanı arterial təzyiq aşağı düşür.
Təxirəsalınmaz terapiyaya yoğun zond vasitəsilə mədənin
yuyulması, parçalanan alkoqol maddələrinin neytrallaşdırılması
üçün dərialtına kofein (1 - 2 ml 20 %-li məhlulu) yeridilməsi,
habelə venaya təzəcə hazırlanmış 400 - 600 ml 4 %-li natrium-
bikarbonat məhlulunun yeridilməsi aiddir.
Arterial təzyiqin aşağı düşməsi və susuzlaşma zamanı
venaya 1-2lnatrium-xlorid izotonik məhlulu və ya 5 %-li
qlükoza məhlulu yeridilməlidir.
Alkoqol koması halında olan xəstənin dilinin dala əyilib
içəriyə düşməsinin qarşısını almaq üçün alkoqol koması
vəziyyətində olan xəstənin dilinə dil tutqacı qoyulmalıdır (şəkil
|