İlk tibbi yardımın göstərilmə qaydaları 239
hesablanmış vasitələrdən istifadə (ştanq və ya kəlbətin)
etməlidir. Zərərçəkəni elektrik cərəyanından azad etdikdən
sonra əgər o huşunu itirməyibsə onu rahat yerə uzadmalı,
üstünü örtməli, həkim gələnə qədər sakit şərait yaradmalı,
nəbzinə və nəfəs almasına nəzarət etməlidir. (şəkil 74 )
Şəkil 74. Yüksək görginlikli cərəyandan zərərçəkənin ayrılması. • Əgər zərərçəkən huşunu itiribsə, çətin nəfəs alırsa, nəbzi
pis vurursa, onda onu düz və rahat yerə uzadmalı, yaxasını
açmalı, onu təmiz hava axını ilə təmin etməli, naşatır spirti
iylətməli, üzünə su səpməli və tam sakitlik yaradılmalıdır. Əgər
zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və
gec-gec nəfəs alırsa, iflic vəziyyətindədirsə onda ona süni nəfəs
verməli və ürəyini masaj etmək lazımdır. Buna zərərçəkənin
elektrik cərəyanından azad edilməsindən dərhal sonra başlamalı
və həkim gəlincə fasiləsiz davam etmək lazımdır. (şəkil 75).
İlk tibbi yardımın göstərilmə qaydaları 240
Şəkil 75. Zərərçəkənə süni nəfəs verilməsi qaydası Nəfəs və ürəyin fəaliyyəti bərpa olunduqda isə zədə alan
adamı qızdırmaq, ona isti çay içirtmək və tibb müəssisəsinə
çatdırmaq lazımdır.
Sual və tapşırıqlar: 1. Elektrik cərəyanı vurmuş şəxsi xilas edilmə ardıcıllığını deyin. 2.Yüksəkgərginlikli cərəyandan zərərçəkmişi ayırma qaydaları necədir? 3. Neçə volt cərəyan insan orqanizminə zərər vura bilər? 4. Zərəçəkənə süni nəfəs verilmə qaydalarını deyin.