Ekoloji təhlükəsizlik
40
§ 7. EKOLOJİ TƏHLÜKƏSİZLİK ANLAYIŞI
Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm).
Lakin yunan sözü olsa da onu ilk dəfə alman bioloqu 1869-cu
ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər
arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında
sintetik bioloji elmdir. Ekologiyanın
əsas predmeti daxilində
enerji və üzvi maddələrin transformasiya prosesi gedən və bir-
birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu
Ekoloji təhlükəsizlik
41
öyrənməkdir. Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və
materiyanın
qarşılıqlı
təsirini
öyrənməkdir.
Müasir
ekologiyanın diqqət mərkəzində ekosistemin konsepsiyasının –
ekoloji paradiqmanın konstruksiyası əsası durur. Ayrı-ayrı
fərdlər, populyasiyalar, növlər, qruplaşmalar və onların
ətraf
mühitlə qarşılıqlı əlaqəsi də ekoloji tədqiqat obyektləri hesab
olunur, lakin müstəqil bir elm kimi
ekologiya üçün spesifik
deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika,
zoologiya, sis- tematika,
genetika, biocoğrafiya və b.) məşğul
olur.
İnsan özü üçün nə lazımsa – hava, su,
maddi nemətlər,
sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu sərvətlərdən yüz
illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit
dünya miqyasında dəyişilməyə məruz qalmışdır.
Bu vəziyyət
müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir.