Ekoloji təhlükəsizlik
52
kəskin
iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və
bunlardan doğan mənfurluqlar. İnsan ömrünün qısalması,
səhhətlərin pozulmasi, doğuşların qeyri-normallığı , yaşama
və işləmənin çətinləşməsi. Yaxin 150-200-ilə gözlənilən bu
hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladir.
İnsanlarin sayı artmaqla texnika və texniki tələbatlar artmağa
doğru gedir.
İri şəhərlərdə sənaye və məişət tullantılarının
uzun illər
yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji
vəziyyətin yaranmasına səbəb olmuşdur. İri yaşayış
məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət
tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi
narahatlıq doğurur. Bakı, Sumqayıt
və Gəncə şəhərlərin
kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları
yaranmışdır ki, bu da ətraf mühiti çirkləndirməklə bərabər,
həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən
xəstəlik mənbələrinə çevrilmişlər. Ekoloji baxımdan davamlı
inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə
olunması üçün
aşağıdakı
strateji
tədbirlərin
həyata
keçirilməsi zəruridir:
-
Təhlükəli sənaye tullantılarının
yerləşdirilməsi üçün
yeni poliqonların yaradılması;
-
Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və
təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən
istifadə olunması;
-
Tullantılardan bioqazın alınması üçün müvafiq
üsulların tətbiq
edilməsi;
-
Enerji alınması, eləcə də kompost alınması məqsədilə
tullatılardan səmərəli istifadə və s.
-
Ekoloji pozğunluğun aradan qaldırılmasi yolu
-
Sənaye istehsalinda oksigenə tələbati təkmilləşdirmək,
və digər zərərsiz tələbati həyata keçirmək.