Ekoloji təhlükəsizlik
56
Təbiətin mühafizə obyektlərindən biri də atmosferdir.
Mahiyyət etibarı ilə, hava və insanı əhatə edən ətraf mühit
eyni zamanda təbii mühitdir.
Atmosferin
çirklənməsi, xüsusən də antropogen yolla
çirkləndirilməsi şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının
artması ilə funksional şəkildə əlaqədardır.
Bildiyimiz kimi,
nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün
atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə
yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün
ciddi təhlükə yaranır.
Daxili yanma mühərrikləri
ilə işləyən avtonəqliyyat
vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq
qalır. Hava
hövzəsinin
çirklənməsində
avtonəqliyyat
vasitələrinin payı 80%-dir.
Hal-hazırda Azərbaycan Respublikasında 22 min avtobus
və 75 min yük avtomobili vardır. Son dövlət texniki baxışı ilə
avtobusların yalnız 40 %-nin, yük avtomobillərinin 35 %-nin
texniki cəhətdən yararlı olduğu müəyyənləşdirilmişdir.
Avtomobillərin əksəriyyəti fiziki
və texniki cəhətdən həddi
aşınmış, ekoloji göstəricilərinə görə isə istismara yararsız
vəziyyətdədir.
Dünyada baş verən qloballaşma prosesində iqtisadiyyatın
keçid dövrünü yaşayan ölkəmizdəki avtomobillərin əksəriyyəti
MDB ölkələrində istehsal edilmiş avtomobillərdir. Bundan
əlavə, 10 ildən artıqdır ki, ölkəyə xaricdən həmin ölkələrdə
işləmə müddəti həddinə və ekoloji cəhətdən yararsızlığına
görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir.
Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə
(qənaətlilik, etibarlılıq,
təhlükəsizlik, ekoloji yararlılıq)
sənayesi inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır.
Belə avtomobillərin istismarı nəticəsində yanacaq sərfi və
atmosferə atılan zərərli maddələrin miqdarı artır. Bundan