Ekoloji təhlükəsizlik
59
Şəkil 5. Avtomobillərin havaya buraxdığı zərərli qazlar
İstismar edilən avtonəqliyyat
vasitələrinin ekoloji
parametrlərini həddi səviyyədə saxlamaq üçün onların texniki
vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə
olunmaqla dövri nəzarət zəruridir.
Son zamanlar respublikada texniki-təmir stansiyaları
şəbəkəsi, bir sıra yeni, müasir stansiyalar istisna olmaqla,
texniki normalara və standartların tələblərinə cavab verməyən,
primitiv şəkildə yaradılmış özəl texniki-təmir sahələrinin
hesabına genişlənmişdir. Bütün bunlar isə göstərilən xidmətin
mənfi
nəticələri olan
yol-nəqliyyat hadisələrinin baş
verməsinə, avtomobillərin vaxtından qabaq təkrar təmirə
dayanmasına səbəb olur.
Nəqliyyat şəbəkələri nəqliyyat
sisteminin iki mühüm
yarımsistemindən biridir. Nəqliyyat şəbəkələri stasionar
ekoloji təhlükə mənbəyidir.