Ekoloji təhlükəsizlik 60
İkinci yarımsistem isə, nəqliyyat şəbəkəsindən istifadə edən
nəqliyyat vasitələridir. Bu nəqliyyat vasitələri qeyri-stasionar
ekoloji təhlükə mənbəyi kimi, ətraf mühiti zərərli maddələrlə,
müxtəlif zəhərli birləşmələrlə, elektromaqnit sahəsi və s. ilə
çirkləndirməkdə həlledici rol oynayır (şəkil 6).
Şəkil 6. İstismara yararsız avtomobil Nəqliyyat şəbəkələrinin normal fəaliyyətini təmin etmək
üçün onların müvafiq infrastrukturu yaradılmalıdır. Həm
nəqliyyat şəbəkələrinin, həm də bu şəbəkələrdən istifadə edən
nəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin təmin edilməsi
sisteminin də nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.
Ekoloji təhlükəsizlik sisteminə zəruri şəkildə müasir tələblər
nəzərə alınmaqla, təşkil edilmiş analitik informasiya mərkəzi
daxil olmalıdır.
Ekoloji təhlükəsizlik 61
Avtonəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin təmin
edilməsində çoxplanlı mühüm vəzifələrdən biri də dövlət
ekoloji nəzarət sisteminin yaradılmasıdır.
Bu məqsədlə respublikanın sərhəd-keçid məntəqələrində, iri
şəhərlərin giriş-çıxış yollarında, habelə magistral avtomobil
yollarında daim fəaliyyət göstərən ekoloji postların
çoxaldılması zəruridir. Həmçinin dövlət ekoloji nəzarət
qaydalarını və onun həyata keçirilməsini reqlamentləşdirən
normativ aktlar səmərəli şəkildə tətbiq edilməlidir.
Normativ aktlarda dövlət nəzarətini həyata keçirən
oqranların qarşılıqlı əlaqəsinin mexanizmi öz əksini tapmalı,
ətraf mühiti çirkləndirməyə görə ödənişin həyata keçirilməsi
qaydaları və tarifləri dəqiqləşdirilməlidir.
Sual və tapşırıqlar:
1.
Havanın çirkləndirməsində avtomobillərin
payı neçə fazdir? 2. Nəqliyyat şəbəkəsi nə deməkdir?
3. Ekoloji postların vəzifəsi nədir? 4. Avtomobillərin
atmosferi çox çirklənməsinin səbəbləri nədir?