Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə50/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
İş təhlükəsizliyi 
 
79 
§ 13. YANĞIN PROFİLAKTİKASI 
Yanğın
- yаnmа ilə yаnаşı müəyyən zаmаn və məкаn 
hüdudundа inкişаf еdən кütlə və istiliк mübаdiləsi təzаhürlərini 
özündə əкs еtdirən mürəккəb fiziкi-кimyəvi prоsеsdir. Bu 
təzаhürlər qаrşılıqlı əlаqəlidir və yаnğının pаrаmеtrləri, yəni 
yаnıb qurtаrmа sürəti, hərаrəti və s. ilə хаrакtеrizə оlunur. Eyni 
zamanda əкsəriyyəti təsаdüfi хаrакtеr dаşıyаn bir sırа şərtlərlə 
müəyyən еdilir.
Yаnğınlаrın əsаslı öyrənilməsi və оnlаrlа mübаrizə 
tакtiкаsının işlənib hаzırlаnmаsı məqsədilə, bütün yаnğınlаrı 
qruplаr, siniflər və növlər üzrə təsnifаtа аyırırlаr. Bütün 
yаnğınlаr ətrаf mühitlə кütlə və istiliк mübаdiləsi şərtləri üzrə 
iкi böyüк qrupа bölünmüşdür: аçıq sаhədə və qаpаlı sаhədə 
(binаlаrdа). (şəkil 12) 
Yanğınların əsas səbəbləri: yanğına qarşı rejimin 
pozulması, elementar yanğın təhlükəsizliyi qaydalarının 
pozulması və odla ehtiyatsız davranış, bina və qurğuların 
layihələrində buraxılmış nöqsanlar, texnoloji proseslərdə 
yanğına qarşı tələblərin pozulması və s. ilə əlaqədardır.
Şəkil 12. Açıq və qapalı sahələrdə yanğın. a) Otlaq ərazidə 
yanğın. b) Yaşayış binasında baş verən yanğın 


 
 
İş təhlükəsizliyi 
 
80 
Elektrik avadanlığında yanğınlar əsasən qısaqapanmadan, 
şəbəkənin həddən artıq yüklənməsindən, böyük keçid 
müqavimətlərinin yaranmasından, statik cərəyanlardan və 
elektrik qurğularının nəzarətsiz işləməsi üzündən baş verir. 
Yay fəslində atmosfer boşalmaları da yanğın və partlayışa 
səbəb ola bilər. Qış fəslində isə yanğınlar çox vaxt müvəqqəti 
qızdırıcı cihazların qeyri düzgün qurulması və istismarı 
nəticəsində baş verir.
Yanğının əmələ gəlməsinə və yayılmasına qarşı, adamların 
və maddi sərvətlərin yanğın yerindən köçürülməsi, eləcədə 
yanğının tez və səmərəli sondürülməsi üçün görülən tədbirlər 
kompleksi yanğın profilaktikası adlanır.
Deməli, yanğın profilaktikası yanğın və partlayışların 
qarşısını almaq üçün normativlər əsasında işlənib hazılanmış və 
sistematik 
tətbiq 
edilən 
təşkilati 
– texniki tədbirlər 
kompleksidir. 
Binaların planlaşdırılmasında yanğın və ya qəza zamanı 
adamların binanı mümkün qədər tez və təhlükəsiz tərk etməsi 
üçün şərait yaradılmalıdır. Yanan binadan adamları tezliklə 
xaricə çıxarmaq üçün köçürmə yollarının istiqaməti düzgün 
təyin edilməli, insan axınlarının pərakəndəliyinə, qarşı-qarşıya 
gəlməsinə 
yol 
verilməməli, 
köçürülmə 
yollarının 
tüstülənməsinin qarşısı alınmalıdır.
Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini 
təmin edən və köçürülmə çıxışlarına gedən yollar köçürülmə 
yolları (dəhlizlər, pilləkanlar və keçidlər ) adlanır.
Binanın azı iki köçürülmə çıxışı olmalıdır. Bununlada, 
köçürülmə yollarından biri tüstüləndikdə və ya müəyyən 
səbəblər üzündən köçürülmə üçün yararlı olmadıqda adamların 
təhlükəsizliyi təmin edilir.
Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsi 
köçürülmə çıxışı hesab edilir. Buna görə də köçürülmə çıxışları 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin