İş təhlükəsizliyi 92
Yanğın hidrantları yanğın söndürmə vasitələrindən biri
olub daha çox fabriklərdə, depolarda, binalarda, istehsal
qovşaqlarında, ayrıca şəhər və qəsəbələrdə yanğına birbaşa
müdaxilə nöqtərlərində istifadə olunmaqdadır.
İşləmə prinsipi- açma- bağlama diski, xüsusi hidrant açarı
ilə açma istiqamətində hərəkət borusu aşağıya doğru hərəkət
etdirilir. Beləliklə, subah şəbəkədən ayrılaraq hidrant açılmış
olur. Açma-bağlama diski bağlama yönündə, tərs hərəkət ilə
bağlanmış
olur.
Bağlama
aşağıdan
yuxarıya
axış
istiqamətindədir.
Digər
yanğın söndürmə qurğuları kimi “yanğın
hidrantları”nın da bir sıra özəllikləri var:
Anında müdaxilə etmək imkanı - Yanğının tez zamanda
irəlilədiyi anda təsisin istifadə oluna bilməcəyi düşünülərsə,
anında müdaxilənin önəmi ortaya çıxar. Yanğın hidrantı özəl
xüsusiyyətləri ilə yanğını rahat və tez söndürməyə yardım
edəcək.
Şok təsiri yoxdur - Yanğın hidrantlarında axış sabit olub,
turbulensiya yaratmır, xüsusi qanadcıqlar sahəsində sabit axış
təmin olunur. Bu səbəbdən şok təsiri aradan qalxar və xortum
rahat istifadə olunar.
Avtomatik olaraq boşaldılmalıdır - Hidrant istifadə
olunduqdan sonra gövdə içərisində qalan su avtomatik
boşaltma sistemi ilə hidrant xaricinə çıxarılır. Beləliklə, hidrant
donma hallarında qorunmuş olur.
Pompalama halı yoxdur -
Yanğın hidrantı axış
istiqamətində bağlandığına görə, pompalama halları müşahidə
olunmur.
Uzun ömürlüdür -
Hidrantlar
açıq
havada
yerləşdirildiyindən alt gövdə mili altdan dəstəkləyir. Mil
titreşim eləmədiyindən yerləşdirildiyi yuva deformasiya olmur,
uzun müddət qalır.