İş təhlükəsizliyi
94
müxtəlif ölçülü yanğınlar zamanı istifadə edilirlər. Daşınan və
səyyar odsöndürən növləri insanın iştirakı ilə istifadə oluna
bilirlər. Stasionar odsöndürən isə mümkün yanğın ocağının
bilavasitə yaxınlığında quraşdırılır
və avtomatik şəkildə işə
düşür.
Odsöndürən istifadə üçün qəbul edilən zaman,
onun bəzi
xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Xüsusilə də
odsöndürənin
balonunun həcminə, odsöndürmə qabiliyyətinə,
iş
temperaturunun diapazonuna, onun aşınmaya (korroziyaya)
davamlılığına və odsöndürən maddənin elektrik keçiriciliyinə
fikir vermək zəruridir.
Odsöndürənləri
saz vəziyyətdə, işə yararlı halda saxlamaq
üçün bir sıra tədbirlər görmək lazımdır. Bu tədbirlərə:
odsöndürənlərin mütəmadi olaraq yoxlanılması, onların
yenidən doldurulması, texniki şəhadətnaməsinin alınması, ayrı-
ayrı detallarının və püskürdücü qovşağının təmiri, balonların
aşınmaya davamlılığını artıran keyfiyyətli rənglənməsi aiddir.
Dostları ilə paylaş: