Əmək mühafizəsi
12
milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq
adam həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar
olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin tədricən
daha çox aktuallıq kəsb etməsinə səbəb olur və cəmiyyətin
diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsizlik
əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək üçün
Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya Əməyin
Mühafizəsi günü elan etmişdir. 2004-cü ildən etibarən
Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi günü
dövlət səviyyəsində qeyd olunur.
Sual və tapşırıqlar:
1. Əməyin mühafizəsi nəyi təmin edir? 2. Normal iş
şəraitinin yaradılmasına əsas təsir göstərən faktorlar
hansılardır? 3. Əmək mühafizəsi üzrə qanun nə vaxt
təsdiq edilmişdir? 4. İstehsalatda baş verən bədbəxt
hadisləri necə minimuma endirmək olar?
§ 2. ƏMƏYİN MÜHAFİZƏSİ NORMALARI,
QAYDALARI VƏ PRİNSİPLƏRİ
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanaraq hələ 1995-ci ildə qəbul edilən ölkə
Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququ təsbit olunub. Ulu öndərimizin tapşırıqları
əsasında 1997-ci ildə ölkəmizdə vətəndaşların əmək, o
cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına
dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-
cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi
Əmək mühafizəsi
13
münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi
normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək
Məcəlləsi təsdiq edilərək qüvvəyə minib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
uğurlu sosial-iqtisadi siyasəti ölkə vətəndaşlarının səmərəli
məşğulluq imkanlarının ildən-ilə artmasına şərait yaratmaqla,
eyni zamanda, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə
çalışmasını nəzərdə tutan dövlət siyasətinin də güclənməsinə
imkan verib. Bu sahədə ölkəmiz hazırda 100 illiyini qeyd edən
BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Ötən dövrdə
BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o
cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını)
və bir protokolunu ratifikasiya edən Azərbaycanda milli
qanunvericiliyin bu sənədlərə uyğun təkmilləşdirilməsi
istiqamətində mühüm işlər aparılıb. Həmçinin əmək mühafizəsi
ilə bağlı dolğun qanunvericilik bazası formalaşdırılıb. Əmək
Məcəlləsində ayrıca bir fəsildə əməyin mühafizəsi normaları,
qaydaları və prinsipləri əksini tapmaqla, əməyin mühafizəsi
üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi
normalarının,
standartlarının,
qaydalarının
əmək
münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün
məcburi olduğu qeyd edilib.
Bu gün Azərbaycanda uğurla davam etdirilən hüquqi dövlət
və demokratik cəmiyyət quruculuğu prosesi sivil dünya
ənənələrini əhatə etməklə yanaşı həm də ölkə vətəndaşının
hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına
xidmət edir. Vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması,
əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş
şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri
sırasındadır.
Azərbaycanda
əməyin mühafizəsi ilə bağlı milli
qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni
|