Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə70/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
İş təhlükəsizliyi 
 
109 
Şəkil 23. Rabitə kabelinin barabana yerləşdirilməsi 
Əgər kabel əllə çəkilirsə, onda hər adama düşən yük 35 kq-
dan çox olmamalıdır. Bəzən kabelləri divarlar, binalar və
qurğu konstruksiyaları üzrə yerdən və ya döşəmədən xeyli
hündürlükdə çəkmək lazım gəlir. Bu illər möhkəm şəkil 
üstündə durmaqla yerinə yetirilir. 
Nərdivandan hündür yerlərdən kabellərin çəkilişində
istifadə etmək qadağandır. Qış vaxtında kabellərin
örtüklərinin və izolyasiyasının dağılmasının qarşısını almaq 
üçün onları qızdırırlar. Muftanın içərisində və ya “qıf” da
kabel damarlarının təmiri aparılan zaman hopdurucu kütləni
1200-1300C-yə qədər qızdırılır.
Qızdırılmış kütlənin ətrafa sıçraması nəticəsində iş
icraçısı yanmalar (yanıqlar) ola bilər. Ona görə bu proses
təhlükəli sayılır və bunun qarşısını almaq üçün qızdırılan
kütlənin temperaturuna termometr ilə nəzarət edilir. Qızdırılan 
kütlənin temperaturunu qaynama dərəcəsinə çatdırmaq
olmaz, çünki qaynama zamanı alınan buxarların hava ilə


 
 
İş təhlükəsizliyi 
 
110 
qarışığı partlayış törədə bilər, bu da işçilərin həyatı üçün 
təhlükəlidir. Qızdırılan kabel kütləsini ancaq metal çubuqla 
qarışdırırlar (ağac çubuqla qarışdırmağa icazə verilmir, çünki 
ağacın tərkibindəki nəm, su kütləyə keçə bilər) və hazır
kütləni brezent əlcəklərdən və mühafizə eynəklərindən 
istifadə etməklə muftaya və ya “qıfa” doldururlar.
Kabellərin damarlarını lehimlədikdə də yuxarıda qeyd
edilən təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Epoksid
kompaundu doldurulmuş muftada kabellərin soyuması
prosesi, epoksid qatranının və onun həlledicisinin insan
bədəninə zərərli olduğundan təhlükəli sayılır (şəkil 24). 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin