İş təhlükəsizliyi
111
ilə götürülməli və yerini 3% -li limon turşusu və ya sabunla
istisu ilə yuyulmalıdır.
Hava
xətlərinin
quraşdırılması.
Hava
xətlərinin
quraşdırılması (çəkiliş), materialların
və işçilərin hündürlüyə
qaldırılması ilə əlaqədar olduğundan, adamların düşməsi,
əzilməsi və yaralanması təhlükəsi yaranır. Hava xətlərinin
quraşdırlmasında məlum olduğu kimi dayaqların qaldırılması
və aşağı salınması, mexanizmlərin köməyilə yerinə yetirilir.
Dayağın aşağı hissəsini
çala istiqamətində endirərkən, çalada
heç kəs olmamalıdır. Tam doldurulmuş çalanı (yəni
yarımçıq qalmış) nə fasilədən sonraya,
nə də növbəti iş
gününə saxlamaq olmaz.
Hava xətlərini yaşayış sahələrində quraşdırdıqda, iş
rəhbəri quraşdırılan obyektin mühafizəsini təmin etməli, iş
görülən sahədə kənar şəxslər olmamalıdır. Dayaqların və
xətlərin quraşdırılması işlərində tətbiq edilən mexanizmlərə
xidmət, xüsusi olaraq hazırlıq kursları keçmiş işçilərə
icazə
verilir. Quraşdırma işçiləri, iş zamanı istifadə edilən siqnal
işarələri (yükün qaldırılması və aşağı salması zamanı)
bilməlidir.
Mürəkkəb polad və dəmir-beton konstruksiyalara çıxmaq
üçün adətən teleskopik qüllədən
və ya onu əvəz etmək üçün
xüsusi nərdivanlardan istifadə olunur (dayanıqlı və etibarlı).
Yüksəklikdə işləyən quraşdırıcının lazımi alətləri, onun
əyninə geymiş montyor qurşağının ciblərində yerləşdirilir.
Yuxarıdan düşən alətlərin və ya materialların təsirindən
zədələrin alınmaması üçün iş görülən dayağın və ya
qüllənin altında dayanmaq qadağan edilir.