Mülki müdafiə
134
Qısa müddətli olur və buludlar ilə birlikdə çəkilir.İnsanlar
üçün belə təbiət hadisələri zamanı təhlükə çox vaxt yolların,
körpülərin, tikililərin, hava elektrik və rabitə xətlərinin, yerüstü
boru kəmərlərinin dağılması, eləcə də insanların böyük sürət ilə
hərəkət edən dağıntı qalıqları və şüşə parçalarından
zərər
çəkməsi ilə nəticələnir. Bundan başqa binaların tam dağılması
səbəbindən insanlar zədə ala və həlak ola bilərlər.
Daşqın və subasmalar.
Dağ zirvələrində qarın sürətlə
əriməsindən,
uzunmüddətli leysan
yağışlarından, çay
yataqlarında tıxac yaranmasından, hidrotexniki qurğuların
bəndlərinin zəlzələ nəticəsində,
yaxud digər səbəblərdən
yaranması zamanı geniş sahələrdə fəlakətli daşqın və ya
subasma zonaları yarana bilər.
Belə bir hadisə baş verərsə,
şəhərlərin, rayon mərkəzlərinin, yaşayış
məntəqələrinin
əraziləri, dəmir yolu xətləri, avtomobil yolları,
körpülər, rabitə
və elektrik xətləri, buradakı bina və qurğular müxtəlif dərəcədə
dağılar və ya su altında qalar (şəkil 31).
Şəkil 31. Daşqın
Mülki müdafiə
135
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən
başlayaraq Bakı, Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla
cənub sərhədlərinədək, Xəzər dənizi sahilində yerləşir.
Xəzər
dənizinin səviyyəsinin 1,5 m-dən çox qalxması, Xəzər ətrafı
zonalarda böyük problemlər yarada bilər. Bakı və Sumqayıtda
bir çox müəssisələrin, yaşayış məntəqələrinin suyun altında
qalmaq
təhlükəsi
yaradar.
Xəzər
dəninizində
suyun
səviyyəsinin qalxması adamların həyatı üçün də,
təhlükə
yaradır
.
Dostları ilə paylaş: