Mülki müdafiə
136
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli
növlərindən biridir. Sürüşmələr təbii
hadisələrin və ya insan
fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması
prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına
zamanı müşahidə edilir.
Sürüşmə və uçqun halları Şamaxı–Qobustan ərazisinin
dağlıq
hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun
qismən düzənlik hissəsini də əhatə edir. Bir çox hallarda geniş
sürüşmələrə sel və zəlzələlər də səbəb olur. Məsələn, 1986-cı
ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ
nəticəsində baş
vermişdir.
Sel.
Dağlardan böyük
sürətlə axıb gələn və qarşısındakı hər
şeyi dağıdıb məhv edən, çınqıl-palçıq axınına SEL deyilir.
İntensiv leysan yağışları, buzlaqların
və mövsümi qar
örtüyünün sürətlə əriməsi nəticəsində qırıntı materiallarını
yamaclardan çayın yatağına (məcrasına) doldurur,
sel əmələ
gətirir. Sel çox sürətli və böyük dağıdıcı qüvvəyə malikdir
(şəkil 33).
Şəkil 33. Sel
Mülki müdafiə
137
Sellər zamanı çaylar öz məcrasından çıxır,
özünlə gətirdiyi
su kütləsi ilə əhalinin təsərrüfatını məhv edir, yolları,
rabitə
dirəklərini, körpüləri dağıdır, əkin sahələrinə ziyan vurur.
Respublikamızın ən yüksək sel təhlükəli rayonlar: Şəki-
Balakən, Qəbələ-İsmayıllı, Quba-Xaçmaz, Lerik-Yardımlı və.s
aid etmək olar.
Dostları ilə paylaş: