Mülki müdafiə
145
təhlükənin qarşısını alan avadanlıqların olmaması, istehsalın
çağdaş normalara uyğun olmaması və bu kimi başqa amillərdir.
Ümumiyyətlə neft-qaz mədənlərində baş verən qəza və
fəlakətlər ətraf mühit üçün və insan sağlamlığı üçün
təhlükəlidir. Bunların sonu hətta bərpa oluna bilməyən
ekologiyanın dağılması baş verə bilər
.
Neft-qaz kəmərlərində qəzalar
. Hazırda neft və qaz
istehsal müəssisələrinin, geoloji kəşfiyyat təşkilatlarının
istismarında 3748 km boru kəmərləri mövcuddur ki, bunun da
748 km-i magistral kəmərlərdir. Magistral neft məhsullarının
boru ilə daşınması XIX əsrin 70-ci illərinə təsadüf edilir.
Respublikamızda Bakı-Novorossiysk, Bakı-Batumi, Bakı-
Tblisi-Ceyhan, Bakı-Supsa kimi neft-qaz kəmərləri mövcuddur.
Magistral neft-qaz kəmərlərində baş verən qəzalar və
yanğınların əsas səbəbləri: metal boruların torpağın altında
paslanması,
tikinti-quraşdırma
işlərində
yol
verilmiş
nasazlıqlar, boru avadanlıqlarındakı qüsurlar, boru kəmərlərinin
mexaniki zədələnməsi və s. ola bilər.
Dostları ilə paylaş: