Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Şəkil 40. Paytaxtda ekoloji fəlakət



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə94/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Şəkil 40. Paytaxtda ekoloji fəlakət 


Mülki müdafiə 
148 
Zəhərləyici maddələr yüksək konsentrasiyalı olduqda, insan və 
heyvanlarda kütləvi zədələnmə (zəhərlənmə) müşahidə edilir.
Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi 
ilə əlaqədar fövqəladə hadisələr
. Atmosferin çirklənməsi həm 
təbii, həm də insanın təsərrüfat fəaliyyətinin nəticəsində baş 
verir.
Havanın çirklənməsinin təbii səbəbləri
:
• Kosmik toz; 
• Vulkanların fəaliyyəti; 
• Küləyin torpağa və dağ mədənlərinə təsiri. 

İnsan fəaliyyəti nəticəsində atmosferin çirklənməsinin 
səbəbləri
:


Sənaye müəssisələri tərəfindən havaya atılan tullantılar; 
• Elektrostansiyaların fəaliyyəti; 
• Nəqliyyat vasitələrindən atılan tullantılar; 
• Meşələrdə odla ehtiyatsız davranmalar nəticəsində 
yanğınlar; 
• Şəhərlərdə səs-küyün yolverilən həddən artıq olması; 
• İnsan fəaliyyəti nəticəsində iqlimin kəskin dəyişiklikləri; 
• Atmosferdə zərərli maddələrin yolverilən həddən artıq 
olması; 
• Şəhərlərdə kəskin «oksigen» aclığı; 
• Böyük ərazilərdə «turşu yağışlarının» yağması; 
• Atmosferin ozon qatının dağılması. 
Yer səthinə müxtəlif fotokimyəvi duman, «turşulu yağışlar» 
şəklində düşən toksikli elementlər ilk növbədə insana, onun 
sağlamlığına böyük ziyan vurur. Havanın əsas çirkləndiriciləri-
kükürd oksidi, azot, metan və dəm qazıdır. Atmosferanın 
çirklənməsi bitkilərdə metabolizm pozulmasına və müxtəlif 
xəstəliklərə səbəb olur. Kükürd qazından, xlorofil parçalanır, 
dənli bitkilərin inkişafı pozulur, yarpaqlar quruyur, tökülür. 
Sənaye çirkləndiricilərinin növundən asılı olaraq dəyən 
zərər də müxtəlif olur. Xlor tənəffüs üzvlərinə və gözlərə zərər 


Mülki müdafiə 
149 
verir. Flüoridlər insan orqanizminə həzm üzvlərə vasitəsilə 
düşdükdə kalsiumu sumuklərdən yuyub çıxarır və qanda 
miqdarının aşağı salır; tənəffüs üzvləri ilə daxil olduqda 
tənəffüs 
üzvlərinə 
mənfi 
təsir 
edir. 
Hidrosulfidlər 
gözün buynuz qişasına və tənəffüs üzvlərinə mənfi təsir edir
baş ağrılarına səbəb olur. Yüksək dozalarda ölüm baş 
verir. Karbon disulfid sinir sistemi zəhəridir və psixi 
pozğunluğa səbəb olur.
Kəskin zəhərlənmə zamanı hüşun itirilməsi baş verir. Ağır 
metalların buxarları ilə tənəffüs həyat üçün çox təhlükəlidir. 
Kükürd dioksid tənəffüs üzvlərini zədələyir. Karbon oksidlə 
tənəffüs orqanizmdə oksigen aclığına səbəb olur. Uzun müddət 
karbon oksidlə tənəffüs insan üçün ölümlə nəticənə bilər.
Atmosferin çirklənməsi bitkilərə də pis təsir edir. Müxtəlif 
qazlar bitkilərə müxtəlif cür təsir edir. Bitkilər üçün kükürd 
qazı, hidrogen florid, ozon, xlor, azot oksid, duz turşusu 
xüsusilə pis təsir edir.
Bitkilərdə atmosfer çirklənməsi metabolizmin pozulmasına 
və müxtəlif xəstəliklərə səbəb olur. Kükürd qazının təsirindən 
xlorofil parçalanır, toxlanma pozulur, ağacların yarpaqları 
quruyur, tökülür. Atmosferi çirkləndirən maddələr kənd 
təsərrüfatı bitkilərinə mənfi təsir etməklə yanaşı, torpağa da 
zəhərləyici təsir edir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin