Mülki müdafiə
150
əmələ gəlməsinə avtomobillər, aerozol balonlarında istifadə
olunan freonlarla yanaşı digər birləşmələr xlor, karbon qazı da
mənfi təsir göstərir. Ozon qatının 1% azalması onkoloji
xəstəliklərin 6% artmasına səbəb olur.
İstilikxana
effekti.
Bəzi atmosfer qazları günəşin görünən
işıq şüalarını yaxşı keçirir və planetin istilik şüalanmasını
udaraq ümumi istiləşməyə səbəb olur. Atmosferin yuxarı
qatlarında toplanan karbon qazı Yerlə Kosmos arasında gedən
istilik mübadiləsinə mane olur, nəticədə həm antropogen təsir,
həm də vulkan püskürməsi və geotermal sulardan baş verən
istilik Yerdə tempraturanın toplanaraq artmasına və istixana
effektinə səbəb olur.
Turşu
yağışları.
Turşu yağları (qar, duman) suda kükürd və
azot oksidləri həll olması nəticəsində yaranır. Kükürd oksidləri
atmosferin
əsas
çirkləndiricilərindən
olub,
istilik
stansiyalarında, qazanxanalarda karbohidrogenlərin (kömürün,
neftin və digər üzvi yanacaqların) yanma məhsullarıdır. Turşu
yağışları bitkilərin yarpaqlarından zülalları, amin turşularını,
qlükozanı, kaliumu yuyub çıxardır; torpaqda qumusu yuyub
çıxarır, kalsiumun, kaliumun, maqneziumun miqdarını aşığı
salır; iri ekosistemləri, bitki və meşələri məhv edir, gölləri və
çayları cansız hövzələrə çevirir. Turşu yağışları torpağın
münbitliyini aşağı salır, flora və faunaya mənfi təsir edir.
Dostları ilə paylaş: