Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


İnsanın  təsərrüfat fəaliyyəti və qolobal ekoloji



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə97/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İnsanın 
təsərrüfat fəaliyyəti və qolobal ekoloji 
problemlər.
Qurunun 10-15 %-i şumlanmışdır, 25 %-ində isə 
otlaq sahələri kimi istifadə edilir. Əgər buraya 3-5 %-i 
nəqliyyat şəbəkəsi, sənaye müəssisələri, qurğuları və binalarlın 
yerləşdiyini, 1-2 %-i faydalı qazıntı yataqları kimi istismar 
olunmasını da əlavə etsək, onda məlum olur ki, Yer səthinin 
təxminən yarısı insan fəaliyyəti ilə dəyişmişdir.
 
Sivilizasiyanın inkişafı ilə biosfer dövranına mənfi təsir də 
artmışdır. Hər bir ton sənaye məhsuluna 20-50 ton tüllantı 
düşür. Hər bir insana iri şəhərlərdə bir ildə bir ton məişət 
tullantısı düşür. Zəhərləyici maddələrin çoxu torpağa, 
atmosferaya və su hövzələrinə düşərkən bitki və heyvan 
toxumalarında toplanaraq qida zənciri ilə insan orqanizminə 
keçir. Toksiki birləşmələr mutasiyaların sayını artırır, 
anadangəlmə və irsi dəyişikliklərə səbəb olur. Planetin 
müxtəlif reqionlarının statistik göstəricilərinin müqayisəsinə 
görə xərçəng xəstəliklərinin 80 %-i mühitin kimyəvi 
çirklənməsi ilə əlaqədardır. Bütün dünyada dağ-mədən işləri ilə 
pozulmuş torpaqların ümumi sahəsi 6 milyon hektarı keçir. 
Dağ-mədən sənaye istehsalının kənd təsərrüfatı və meşələrə 
bilavasitə neqativ təsirini də bura əlavə etmək olar. 
Hesablamalara görə, fəaliyyətdə olan karxanadan 35-40 km 
radiusunda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta 
səviyyə ilə müqayisədə 30% aşağı düşür. Faydalı qazıntıların 
çıxarılması ilə əlaqədar yer səthinin çökməsi müşahidə 
olunur. İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı 


Mülki müdafiə 
153 
anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar və s.) 
litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-
tək xüsusi dərin karxanalar, şaxtalar və quyular da mövcuddur.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin