Mülki müdafiə
155
və qurumasına səbəb oldu (şəkil 42). Onun quruyan yatağında
baş verən toz fırtınaları böyük ərazi sahələrinin duzlaşmasına
səbəb oldu.Suvarma üçün, sənaye istehsalı ehtiyaclarını ödəmə
üçün suyun istilaçı kimi istifadə edilməsi, meşələrin məhvi və
bataqlıqların qurudulması çayların kütləvi şəkildə yox olmasına
gətirib çıxardı.
Şəkil 42. Aral dənizinin illər ərzində quruması
Çayların
ekosistemləri
çox həssas və müdafiəsizdir. Əkin
sahələrində istifadə edilən
böyük miqdarda gübrələrin
yuyulub çaylara tökülməsi, heyvandarlıq tullantılarının və
kanalizasiya sularının çaylara axıdılması, su hövzələrində azot
və fosfor birləşmələrinin konsertrasiyasının artmasına
səbəb
oldu.
Mülki müdafiə
156
Bunun nəticəsində su ekosistemlərində göy-yaşıl yosunların
güclü inkişafı balıqların yemi olan yosunları sıxışdırıb aradan
çıxardı və balıqlar acından məhv olmağa başladı. Göy-yaşıl
yosunlar isə dərinliklərə çökərək çürüyərkən həm suyu
zəhərləndirir, həm də oksigen ehtiyatını tükəndirir.
Əgər su
hövzəsi zəhərlənməyibsə, o zaman suyun hər kvadrat metrində
olan 15 mollyuskadan hər biri gün ərzində 50 litr suyu filtrasiya
edir. Su hövzələrinə kimyəvi maddələr axıdıldıqda həmin
canlılar məhv olur. Suyu çirkləndiricilərə ən dözümlü canlılır
zəlilər, cırcırama sürfələridir.
İnsanın düşünülməmiş təsərrüfat fəaliyyəti su hövzələrinin
ağr metalların-civə, qurğuşun, həmçinin mis və sink duzları ilə
zəhərlənməsinə səbəb olur.
Bu maddələr suyun dibindəki
çöküntüdə, balıq toxumalarında toplanaraq, qida zənciri ilə
insan orqanizminə düşərək ağır zəhərlənməyə səbəb olur.
Pamir-Altay buzlaqlarının tərkibində belə civə duzlarının
miqdarı beş dəfə artıb. Kimyəvi birləşmələrin ən az miqdarı
belə balıqların və digər su canlılarının davranışını pozur.
Balıqların kütləvi qırılmasına səbəb olan fakiorlardan biri də
elektrik stansiyalarının dambalarının tikilməsidir. Bəzi balıq
növləri kürü tökmək üçün minlərlə
kilometr okeanlara tərəf
üzürlər, lakin həmin manelərə çatdıqda kürünü tökərək, sahilə
atılır və məhv olurlar.
Dostları ilə paylaş: