3. Zəif görmə və onun növləri (yaxından görmə, ambliopiya, çaşlıq)
Görmə anlizatorunun xəstəliklərdən biri də zəif görmədir. Bu zaman görmə bir qədər azalır. Görmə zəifliyi görmə sahəsinin darlığı ilə əlaqədar baş verir. Burada yardımçı vasitələrin köməyilə görmə zəifliyini düzəltmək olur. Görmə analizatorundan təlim procecində - oxumada, yazmada və c. görməni qorumaq üzrə verilən tələblərə riayət etməklə ictifadə etmək olar. Zəif görmə göz inkişafının anomiyası və orqanizmin digər xəstəlikləri sayəsində baş verir. Əksər hallarda zəif görmə göz inkişafının və refraksiyasının anomiyası və zamanı baş verir.
Refraksiya – gözün sındırma qabiliyyətidir. Göz optik cihaz kimi fotokamera şəklindədir ki, burada işıqlandırma sistemi və işığa həssas ekran vardır. Gözün işıqlandırma sistemi çox mürəkkəb quruluşa malikdir. Bu sistemdə əsas rolu buynuzlu qişa və büllurcuq oynayır. Işığa həssas ekran rolunda isə torlu qişa çıxış edir. İşığın paralel şüaları gözün sındırılan mühitindən keçərək sındırıcı sistemin əsas fokusunda toplanır.
Əsas fokusla torlu qişanın vəziyyətindən asılı olaraq refraksiyanın 3 növünü fərqləndirirlər.
1. Emmetropik, yaxud normal
2. Monamik , yaxud yaxın görmə
3. hipermetronik, uzaq görmə
Yaxından görmə zamanı gözə düşən paralel şüalar göz mühitində elə sınır ki, torlu qişanın qarşısında birləşir. Yaxındangörmə zamanı torlu təbəqədə dağınıq təsvir yaranır və əşyalar aydın görünmür. Yaxıngörmənin üç növünü fərqləndirirlər.
1.Zəif dərəcəli
2.Orta dərəcəli
3.Yüksək dərəcəli
Yaxından görmə nə qədər yüksək olarsa, görmə itiliyi bir o qədər aşağı olar. Lakin göstərməliyik ki, refraksiya dərəcəsi göz dibinin dəyişmə xarakteri ilə görmə itiliyi arasında elə bir ciddi qarşılıqlı asılılıq yoxdur. Yaxıngörməni qabarıq sahəli eynəklərlə düzəltmək olar. Yaxındangörmə ilə mürəkkəb yaman xassəli yaxındangörməni bir-birindən fərqləndirmək lazımdır. Göz toxumalarında ciddi dəyişiklər müşahidə olunan yaxındangörmə zamanı uşaqlar zəifgörənlər, yaxud korlar üçün olan məktəblərdə oxumalıdırlar. Yaxındangörmənin inkişafının qarşısını almaq üçün şagirdlər məktəbdə və evdə işıqlanma, parta arxasında oturma, gözlə kitab arasında məsafəni gözləməli, eynək gəzdirməli, səmərəli qidalanma, idmanla məşğuliyyət və s. ilə əlaqədar tövsiyyə olunan bütün müalicəvi və sanitariya qaydalarını həyata keçirilməlidirlər.
Görmə sistemində qüsur olan xəstəliklərdən biri də Ambliopiyadır (yunanca kütgörmə deməkdir). Gözlərdən birinin erkən uşaqlıq yaşında pozulması, normal görməyə qabil olmamasıdır. Bu xəstəlik eyni zamanda «göz tənbəlliyi» də adlanır. Ambliopiya zamanı tək bir gözlə görülür. Bu qüsurun müalicəsi 10-12 yaşlarında mümkündür və çox asan müalicə olunur. Bu yaşdan sonra isə mümkün deyil. Xəstəlik erkən yaşlarda aşkar edilibsə, müalicəsi çox primitiv olur. Yəni normal göz tutulur, tənbəl göz görməyə məcbur edilir. Bu vaxt görmənin zəifləmə səbəbini obyektiv tədqiqat yolları ilə müəyyənləşdirmək mümkün olur. Ambliopiya xəstəliyinin bir neçə növünü müəyyənləşdirirlər:
Anadangəlmə ambliopiya gözün birində və ya hər ikisində görmə sinir cihazının anomiyası, yaxud özündən sonra bir iz qoymayan müxtəlif patoloji proseslər sayəsində əmələ gəlir.
Hərəkətsizlik ambliopiyası çaşlıq sayəsində yaranır.
Isteriya ambliopiyası gözlənilmədən, qəflətən, əksər hallarda isə müəyyən deffektlərdən sonra baş verir. Bu xəstəlik ya ikitərəfli, yaxud, təktərəfli korluqda, ya da görmə itiliyinin kəskin sürətdə aşağı düşməsində və rəng görmə hüdudunun pozulmasında müşahidə olunur. Bu formada gözlərin vəziyyətində obyektiv dəyişikliklər baş vermir, bəbəklərin işığa olan reaksiyası pozulur. Ambliopiyanın bu növünə nadir hallarda rast gəlinir.
Məktəbəqədər və yaxud kiçik məktəb yaşı dövründə ambliopiyanın qarşısını almaq üçün xüsusi eynəklərdən istifadə etmək lazımdır.
Görmə sistemində olan xəstəliklərdən biri də ç a ş l ı q d i r. Çaşlıq gözlərdən birinin görmə nöqtəsindən yayınması sayəsində biokulyar görmənin pozulması ilə səciyyələnən göz xəstəliyidir. Çaşlıq zamanı gözlərdən birində görmə itiliyi tamamilə aşağı düşür, biokulyar görmə pozulur ki, bu da yararsızlığa gətirib çıxarır. Gözlərdən biri düzgün baxdığı halda digər göz sağa, sola, yuxarı və ya aşağı baxır. Gözlərin paralel baxmamasına ç a ş l ı q deyilir. Uşaqların 4%-də təsadüf olunur və sonrakı yaşlarda da ortaya çıxa bilir.
Görmə və beyin – normal görmədə hər iki gözlər eyni hədəfə yönəlir. Beynin görmə ilə əlaqədar olan qismi hər iki gözdən gələn iki ayrı şəkili təkcə 1-3 ölçülü görünüş halına gətirir. Çaşlarda bir göz axdığına görə beyinə iki ayrı şəkil gəlir. Uşaq beyni axan gözdən gələn şəkilə laqeyid yanaşır və düzgün baxan ən yaxşı görməsi olan gözdən gələn görüntünü diqqətə almağı öyrənir.
Çaşlıq yetkin yaşda əmələ gəlibsə, beyin hər iki gözdən gələn görüntünü ayırd etməyə (qavramağa) öyrəndiyindən, axan gözdən gələn görüntüyə laqeyd ola bilmir və nəticədə iki görmə problemi ortaya çıxır.
Çaşlığın səbəb və əlamətləri: - çaşlıqda gözlərin axmasına səbəb olan gerçək səbəb tam olaraq məlum deyil.
Gözün hərəkətlərini gözü bürüyən altı əzələ həyata keçirir. Hər gözdə iki əzələ - gözü içəri və çölə çəkən, digər dörd əzələ isə yuxarı, aşağı, sağa, sola dönmə hərəkətlərini tənzim edir.
Hər iki gözün hədəfə düzgün baxması üçün bir gözdəki bütün əzələlərin digər gözdə eyni işi həyata keçirən əzələlərlə tarazlıqda olması və birgə çalışması vacibdir.
Uşaqların əksəriyyətində gözləri axırmış kimi görünən göz ilə həqiqi gerçək çaşlıq arasında olan fərqi tapmaq çətindir. Yalançı içəri doğru axma, batıq burun kökü olan və göz qapaqlarının iç tərəfində dəri qalıqları olan uşaqlarda və ya iki göz arasında məsafənin dar və gözlərin dərində olduğu hallarda, yana baxarkən gözlərin axırmış kimi görünməsindən irəli gələn səbəbdən uşağın çaş olmasından şübhələnilir. Ancaq uşaq böyüdükcə burun da böyüyür, dəri damarları dartılır və normal görünüş yaranır.
Ən çox təsadüf edilən çaşlıq içəri və çölə axma hallarıdır.
İçəri axma - ən çox təsadüf olunan çaşlıqdır. Dünyaya gəldikdən 6 ay müddətində ortaya çıxan çaşlığa infantil deyilir və 1 yaşadək əməliyyat olunmaq məsləhət görülür. İçəri axma halları əsasən hipermetropiya (yaxını pis görmə) ilə birgə görülür. Hipermetroplar uzaqdakı cismi görməyə uyğunlaşmağa çalışır. Hipermertopiyanı eynəklə tam düzəldilməsi nəticəsində çaşlıq tam aradan qaldırıla bilər.
Çölə axmanın – aradabir yaranan və davamlı olan tipləri vardır. Aradabir yaranan çaşlığın ( çölə axma) iki növü vardır:
1.Yaxına baxarkən normal, uzağa baxarkən gözlərdən birinin çölə doğru axmasıdır ki, buna d i v e r y a n s deyilir.
2. Uzağa baxarkən normal, yaxına baxarkən gözlərdən birinin çölə doğru axmasına k o n v e r y a n s deyilir.
Dostları ilə paylaş: |