Om qanununun öYRƏNİLMƏSİ LƏvazimat: yüklə



Yüklə 316,86 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix05.01.2023
ölçüsü316,86 Kb.
#122006
  1   2   3   4
LAB 4



OM QANUNUNUN ÖYRƏNİLMƏSİ 
LƏVAZİMAT: yüklə boşalt dövrəsi, gərginlik sensoru, cərəyan sensoru, 
batareyalar, örtüklü qısa naqil, interfeys, proqram təminatı 
İŞİN MƏQSƏDİ: məqsəd elektrik dövrələrində rezistorların və kondensatorların rolunun 
müəyyənləşdirilməsidir. Yüklə / boşalt dövrəsi bir neçə rezistordan, tutumu 1 Farad olan 
kondensatordan və batareya tutqaclarından ibarətdir. Bu dövrə ilə birlikdə gərginlik və cərəyan 
sensoru istifadə etməklə Om qanunu aşkarlana və ya yoxlanıla bilər. 
Qısa nəzəriyyə 
Xüsusi müqavimət. Materialın xüsusi müqaviməti 𝜌 elektrik sahə intensivliyinin 
modulunun cərəyan sıxlığına J nisbətinə bərabərdir. Yaxşı naqillər kiçik xüsusi 
müqavimətə malikdir; yaxşı izolyatorlar böyük xüsusi müqavimətə malikdir. Çox 
materiallarda ödənilən Om qanununda deyilir: xüsusi müqavimət 𝜌 elektrik sahə 
intensivliyinin modulundan E asılı deyil və sabitdir. 
Elektrik müqaviməti. Om qanununun ödənildiyi materialdan hazırlanmış 
nümunənin ucları arasındakı potensiallar fərqi V nümunədən axan cərəyan şiddətinə 
I mütənasibdir. V/I = R nisbəti nümunənin müqavimətidir. Silindr şəkilli
naqilin müqaviməti onun xüsusi müqavimətindən 𝜌, uzunluğundan L və en kəsiyinin 
sahəsindən A asılıdır. 
R-C dövrələr. Rezistorla ardıcıl birləşdirilmiş batereya vasitəsilə kondensator 
yükləndikdə cərəyan şiddəti və condensatorun yükü sabit qalmır. Yük asimptotik 
olaraq özünün son qiymətinə, cərəyan şiddəti isə asimptotik olaraq sıfra yaxınlaşır. 
Kondensator yüklənəndə dövrədə yük və cərəyan şiddəti aşağıdakı qanunla dəyişir:
𝜏 = RC müddətindən sonra yük öz final qiymətinin 1/e hissəsi qədər azalır. Bu 
müddət (𝜏) dövrənin zaman sabiti və ya relaksasiya müddəti adlanır. Kondensator 
boşalanda dövrədə yük və cərəyan şiddəti zamandan asılı olaraq aşağıdakı qanunla 
dəyişir: 


Kondensatorun yüklənməsi və boşalması prosesləri üçün zaman sabitləri eynidir. 

Yüklə 316,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin