Ömrüm qocalır



Yüklə 450,38 Kb.
səhifə37/51
tarix03.01.2022
ölçüsü450,38 Kb.
#38173
1   ...   33   34   35   36   37   38   39   40   ...   51
20.07.2001


AYXAN BALAM
Sən mənim ömrümə bir dayaq oldun,

Balamın balası, ay Ayxan balam.

Günəştək saçıldın, gültək açıldın,

Balamın balası, ay Ayxan balam.


Yerimsən, göyümsən, dinim imanım,

Sazımsan, sözümsən, canımda canım.

O dünyam, bu dünyam, yeddi cahanım,

Balamın balası, ay Ayxan balam.


Əslisən, nəslisən Xındı Məmmədin,

Çalış baban kimi olsun hörmətin.

Böyü, ay ər balam, igid ol, mətin,

Balamın balası, ay Ayxan balam.


10.09.2001


NƏYDİ MƏNİM GÜNAHIM
Bu qərib dünyada bağrım qan olur,

Aman fələk, nəydi mənim günahım?

Əlim çatmır vətənimə, elimə,

Aman fələk, nəydi mənim günahım?


Bir çay idim, çalxalandım, bulandım,

Sevdalandım, bu dünyanı dolandım.

Eşqə düşdüm, eşqin oduna yandım,

Aman fələk, nəydi mənim günahım?


Bu qürbət diyarda yananım hanı?

Arxamca gözləri dolanım hanı?

Gülabıyam, dərdə qalanım hanı?

Aman fələk, nəydi mənim günahım?



Yüklə 450,38 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin