Ömrüm qocalır



Yüklə 450,38 Kb.
səhifə41/51
tarix03.01.2022
ölçüsü450,38 Kb.
#38173
1   ...   37   38   39   40   41   42   43   44   ...   51
QASIM ABBASƏLİYEV

ELƏ ÇALMA
Elə çalma o telləri, Gülabı,

Ürəyimin lap ürəyi alışar.

Bir dəli həsrətə əsir olmuşam,

Dünya yenə gözlərimdə qarışar.


Bu dünyanın yox sirrini qananı,

Hicran saldı gözlərimdən zamanı.

Eşq oduna alışanın, yananın,

Qübar yenər bədəninə sarışar.


Barmaqların alov vurur Kərəmə,

Asta-asta atəş düşür aləmə.

Dözəmməyib bu hicrana, bu qəmə,

Qasım durub Məcnun ilə yarışar.


İSA NƏSİBOV

TELLİ SAZ
Bu dünya əzəldən bir tamaşadır,

İnsanı xoş niyyət, ümid yaşadır.

Ürəyimdə arzularım qoşadır,

Biri Gülabıdı, biri telli saz.


Elimin, obamın dövləti varı,

Ozan dünyamızın həm tacidarı,

Ustad sənətkarın son yadigarı,

Biri Gülabıdı, biri telli saz.


Vurğundu sənətə könlüm əzəldən,

Ruhum qidalanır şeir, qəzəldən.

İki şeyi qoru, Tanrı, nəzərdən

Biri Gülabıdı, biri telli saz.


İsa xoş arzular, xoş günlər dilər,

Zərin də qədrini zərgərlər bilər.

Bilirəm xalqımın qəlbindəkilər,

Biri Gülabıdı, biri telli saz.



Yüklə 450,38 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin