On altıncı fəsil: İqtisadi və siyasi təhlükəsizlik


Otuz birinci fəsil: İdman



Yüklə 0,74 Mb.
səhifə12/19
tarix01.07.2018
ölçüsü0,74 Mb.
#55429
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Otuz birinci fəsil: İdman


İdmanın gənclər üçün lazım, böyüklər üçün isə vacib olması

Mən idmanı bütün xalq üçün lazım bilirəm. Mən idmanı gənclər üçün lazım, gənc olmayanlar - orta yaşlılar və qocalar üçün isə vacib bilirəm. Odur ki, idman gənclər üçün lazımdırsa, bizlər üçün vacibdir. Bu, orta yaşlılar üçün ölüm-dirim məsələsidir. Yəni əgər idman etsələr, sağlam həyatları olar və yaşayarlar. Əgər idman etməsələr, xəstələnər və ruhdan düşərlər. Əlbəttə, idman gənclər üçün də lazımdır. Onlar idmanla məşğul olsalar, sağlamlıqları, gümrahlıqları və gözəllikləri qorunar. Mən bütün xalqa, qadın və kişilərə özlərinə uyğun idmanı lazım bilirəm.

İdman zəruri olaraq peşəkar idman və yarışlarda iştirak etmək demək deyil. Bəziləri elə bilirlər idmançı olmaq üçün mütləq yarışlarda iştirak etməlidirlər. Əgər qadınların idman etməsini istəyiriksə, mütləq yarışlarda iştirak etməlidirlər? Xeyr, xörək yedikləri, gündəlik işlərini gördükləri, dərs oxuduqları kimi idman da etsinlər. İdman həyatlarının zəruri proqramlarından biri olmalıdır.1
Peşəkar idmanın əhəmiyyəti

Digər tərəfdən, düşünürəm ki, peşəkar idman da lazımdır. Əgər peşəkar idman olmasa, ümumi idman ümumiyyətlə, həyata keçməz. Həmişə bir zirvəmiz olmalıdır ki, aşağısında çoxlu insanlar hərəkət etsinlər. Odur ki, peşəkar idman bu baxımdan vacib və lazımdır. Əlbəttə, peşəkar idmanın və beynəlxalq yarışlarda iştirak etməyin digər faydaları da var və bu, xalqın başucalığı və şöhrətidir.

...Bir müddət öncə ölkənin idman məmurları və bəzi idmançılar burada idilər. Onlara dedim ki, ölkəmiz beynəlxalq idman yarışlarında son sıralarda durmamalı, müxtəlif idman növlərində ilk üç ölkədən biri olmalıdır. Demirəm ki, mütləq birinci, yaxud ikinci olsun; xeyr, lakin əvvəllərdə durmalıdır. Səbəbi budur ki, bizim bu sahədə çox qədim keçmişimiz var. Bizim sağlam gənclərimiz, fiziki inkişafa əlverişli su və havamız, istedadlı insanlarımız var və biz inkişaf etməliyik.2
Yerli idmanların əhəmiyyəti

Bizim yerli idmanlarımız - qədim mədəniyyətimizə aid idmanlar təəssüf ki, tərk edilmişdir və əlimizdə deyil. Bizim ölkəmizdə çoxlu idmanlar tərk olunmuşdur və mən həmin görüşdə onların adlarını çəkdim. Biz yeni idmanlar da ixtira edə bilərik. Bir gün dünyada futbol yox idi, amma onu yaratdılar. Bir gün basketbol yox idi, yaratdılar. Buna əsasən, nə üçün bizim idmançı və idman mütəxəssislərimiz yenilik yaratmasınlar? İndi yenilikdən söhbət düşdü. Yenilik sahələrindən biri idmandır. Yenilik etsinlər; həm idman məsələlərində, həm də idmanın özündə yeni işlər görsünlər.

Ümumi idmanda əsaslı addımlar atmalıyıq. Bu söhbətləri gənclər və bütün xalq eşidəcək. Mən həqiqətən hamını idman etməyə çağırıram. Mən bəzən səhərlər Tehranın şimalındakı yüksəkliklərə gedirəm. Bəzən görürəm ki, ora boşdur. Doğrudan da kədərlənirəm. Bəzən də cümələr qələbəlik vaxtı gedirəm, görürəm ki, çox adam var və sevinirəm.1
Bir neçə idman sahəsinə sərmayə qoyuluşunun zəruriliyi

Mən idman üzrə məsul şəxslərə tövsiyə etdim, yenə də tövsiyə edirəm ki, bizim məntiq və mədəniyyətimizə görə mənası və məzmunu olan bir neçə münasib idman sahəsini seçib üzərində sərmayə qoyun. Məqsədim yalnız maddi yox, həm də mənəvi sərmayədir. Yəni iradə ilə çalışın, lazımi səy göstərin və yaxşı seçimlər edin ki, gənclərimiz bu idman növlərində dünyada birinci olsunlar. Bu idmanların bəzisi tariximizdən bizə yadigar qalan mənşəcə İran idmanlarıdır. Bəzi idmanları da digərlərindən öyrənmişik, amma onları bəyənirik; məsələn, kollektiv idmanları, döyüş idmanlarını. Bunları seçsinlər, bunlar üçün proqram hazırlasınlar və işləsinlər.2


Yerli idmanlarımızı elmiləşdirin!

Bu gün bir çox idman növləri dünyada elmi formaya düşmüşdür. Mən hətta bir dəfə tövsiyə etdim ki, yerli idmanlarımızı elmiləşdirin. Bizim çoxlu yerli idmanlarımız var. Biz bunları qaydalı və elmi edə, bu idman növünə həvəsi olan gəncləri qayda-qanunla və nizam-intizamla inkişaf etdirə bilərik. İnsanın istedadları olduqca çoxdur. Biz idman ixtira edə bilərik.3


Qadınların idmanında İslam qanunlarına riayət etməyin zəruriliyi

Qadınların idmanı barədə fikrim budur ki, qadınların idmanına həqiqətən əhəmiyyətli yanaşılmalıdır. Bu məsələdə qadın və kişi arasında heç bir fərq yoxdur. İdmanda bizim fəlsəfəmiz mənim dediyimdən - yəni ümumiləşdirmək və idmandan irəli gələn ruhi gümrahlığa və fiziki sağlamlığa malik olmaqdan ibarətdirsə, bunda daha qadın və kişi fərqi yoxdur. Təkcə əzələ şişirtmək deyil ki, bunun qadınlar üçün lazım olmamasını deyək. İdman fiziki sağlamlıq və psixoloji gümrahlıq üçündür və bu, qadın və kişi üçün eynidir. Qadınların idman imkanlarını çoxaltmaq lazımdır. Lakin qeyd etdiyim kimi, çoxlu xalqlara məcburən yeridilən səhv beynəlxalq ənənə budur ki, qadınların idmanı mütləq mənfi cəhətlərlə yanaşı olmalıdır. Yaxşı, siz yanaşı etməyin və elə edin ki, bizim qadınlarımız onlar üçün əhəmiyyətli olan nəcibliklə, mətanətlə, vüqarla, İslam və şəriət qaydalarına riayət etməklə yanaşı, müxtəlif sahələrdə idman etsinlər.1


İdmanda mənəviyyatı gücləndirin!

Mən həm federasiyalara, həm Bədən Tərbiyəsi Komitəsinin özünə, həm də haradasa gördüyüm hər bir idmançıya tövsiyə edirəm ki, mənəvi cəhətlərə riayət etsinlər. Bu yalnız quru və içiboş dinbazlıqdan ötrü deyil. Bu ona görədir ki, mənəvi dəyərlərə inam və etiqadın arxasında bir imtiyaz və parlaqlıq mövcuddur. Bu, insanın qəlbini sevindirən, ona ümid verən, onun Allaha yaxınlaşmaqdan ibarət vəzifəsini bütün sahələrdə, hətta idmanda da qoruyan amilə sadiqlikdir.2


İdmanda İslam mədəniyyəti ab-havasının yaradılması

İranlı cəmiyyətin tələbi var, istedadı var. Hansı idman növünə diqqət yetirilməlidir? Hansı ruhiyyə və ardıcıllıqla? Mən bir-iki öl öncə bu mövzuda ölkənin idmançıları və idman üzrə məsul şəxsləri ilə geniş söhbət etdim. Mənim fikrim budur ki, biz bu sahəyə sərmayə qoysaq, düzgün işlər görsək, şübhəsiz, dünyanın idman yarışmalarında da, müharibədə dünyanın modern imkanlarından təxminən məhrum olan Bəsic üzvlərimizin və hərbi qüvvələrimizin vasitəsi ilə görülən iş baş verəcəkdir. Gördünüz ki, müharibədə nə etdilər və necə şərəfli tarix yazdılar! İndi də əlillərin voleybol yarışında həmin hadisə baş vermişdir. Bu qardaşlar davamlı olaraq uğur qazanırlar.

...Biz bütün idman sahələrində nümunə ola bilərik. Heç bir səbəb yoxdur ki, biz futbolda, voleybolda, atçılıqda, yaxud bəzi ənənəvi yarışlarımızda, məsələn, çövkən oyununda, fərdi döyüş idmanlarında, üzgüçülükdə dünyanın görkəmli idmançıları ilə yarışa girə bilməyək. İndiki xoşagəlməz vəziyyətin yaranmasına səbəb odur ki, tərbiyə, inkişaf və texniki fənddən istifadə üzərində proqram hazırlanmamışdır. Bu bir nöqsandır.

Bu nöqsanla tamamilə əlaqədar olan ikinci nöqsan idmanda mənəvi və mədəni ab-havanın çatışmazlığıdır. Yəni idmana dini və sağlam mədəni mühitin hakim olmasına çalışılmamışdır. Demək istəmirəm ki, bizim idmançılarımız yaxşı insanlar deyillər. Xeyr, onların arasında çox yaxşı, mömin və təqvalı insanlar var. Lakin bundan da əhatəli olmalıdır. Bizim idman mühitimiz iffətli mühit olmalıdır. İffətin çox qəribə və geniş mənası var. Bir insanın mənəvi sağlamlığı hər bir yerdə özünü göstərir. İdman mühiti iffətli mühit olmalıdır. Onda veyllik, pintilik və hər hansı bir iffətsizlik müşahidə olunmamalıdır. Biz idman mühitimizdə bu şəraiti yaratmalıyıq. Əgər belə olsa, dünyada parlayacaq və bizim idmanımız ulduz olacaq.

Siz baxın, bizim beynəlxalq festivallara çıxan filmlərimizin hakim və tamaşaçılar üçün daha maraqlı cəhəti hələlik onlarda olan iffətdir. Bəzi rejissor və prodüserlər bunu təbii şəkildə edirlər, bəziləri də məcburən edir, qadın-kişi səhnələrini və ailə münasibətlərini İslam Respublikası şəraitinin bəyəndiyi formada hazırlamağa məcbur olurlar. Bunlar dünyada gül kimi açır.

Çoxlarının təsəvvürünün əksinə olaraq, dünya bu pozğunluqlardan, tüfeylilik və avaralıqdan xoşlanmır, yorulmuşdur. Xalqımızın təbiətində olan iffət, nəciblik, sağlamlıq, həya və digər belə xüsusiyyətləri İslam da tövsiyə etmişdir. Biz bunu idman mühitinə və digər yerlərə hakim etməliyik. Bu, mənəvi-mədəni idman mühiti olacaq. Siz də mədəni-ideoloji hücuma qarşı tədbir məqsədilə öz mədəniyyətimizdən istifadə etməyin lazım olduğunu deyirsiniz. Tamamilə düzgündür.

Buna əsasən, əgər idman üzrə məsul şəxslər bu iki məsələni diqqətdə saxlasalar - yəni bir tərəfdən elmi cəhətdən, idman üçün hərtərəfli dəqiq proqram hazırlamaq, seçim, texnika, tərbiyə, məşq baxımından və digər tərəfdən idmanın mədəni mühiti ilə maraqlanmaq baxımından diqqətdə saxlasalar, düşünrəm ki, bizim idman mühitimiz çox yaxşı inkişaf edəcək.1



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin