On altıncı fəsil: İqtisadi və siyasi təhlükəsizlik


Otuz beşinci fəsil: Müqavimət və dirəniş



Yüklə 0,74 Mb.
səhifə16/19
tarix01.07.2018
ölçüsü0,74 Mb.
#55429
1   ...   11   12   13   14   15   16   17   18   19

Otuz beşinci fəsil: Müqavimət və dirəniş


Yeganə yol dirəniş və müqavimətdir!

İslamı və inqilabı müdafiə etmək üçün yeganə yolumuz dirəniş və müqavimətdir. Xalqın bu günü və gələcəyi üçün dirənişin çoxlu faydaları vardır. Sizin bu müqavimətiniz problemləri inşallah bir-bir aradan qaldıracaq.1


Müqavimət göstərmək əsas işdir!

Allahla rabitə işin düzgünlüyünü və yolda müqaviməti təmin edir. Əgər bu yolda düzgün hərəkət etmək istəsək, könül aparan ötəri məsələlərlə yoldan yuvarlanmamaq və məqsədə sarı düzgün hərəkət etmək istəsək, bu işdə mütləq Allahı xatırlamaq, Allaha güvənmək və Allahla daimi mənəvi əlaqə qurmaq lazımdır. Bunu özümüzün həmişəlik işimiz etməliyik.

...Müqavimət əsas işdir. Ağır bir daşı mənim kimi zəif bir adam da qaldırıb bir neçə saniyə saxlaya bilər, lakin çox saxlaya bilməz, yerə atar. Güclü və bacarıqlı şəxs odur ki, bu ağır daşı lazımi qədərincə saxlaya bilsin. Bizim çoxumuzun niyyəti yaxşıdır, yaxşı niyyətlə başlayırıq, lakin bu niyyəti saxlaya bilmirik. Bu niyyət yolun əsnasında maneələrlə rastlaşır, sürtünür, rəngi azalır, zəifləyir və bəzən güclü bir müxalif cazibə niyyətin yeri olan qəlbi özünə çəkir. Bir də baxıb görürsünüz ki, ümumiyyətlə, niyyət getdi və dəyişdi. O zaman insanın yolu dəyişilir.2
Müqavimət - düşmənin uğursuluğunun amili

Hamımız bilməli və anlamalıyıq ki, hegemon qüvvələr qarşısında geri çəkilmək onları daha da cürətləndirir, müqavimət isə onların uğursuzluğu ilə nəticələnir.3

İslamı müdafiə erkən İslam çağında olduğu kimi bu gün də fədakarlıq etmədən və candan keçmədən mümkün deyil. Sadiq müsəlmanların canı, malı, əməyi, elmi, hörməti, sərvəti - hər bir şeyi lazım olduqda o işıqlı və müqəddəs həqiqəti müdafiəyə sərf olunmalıdır. Bütün xalq, xüsusən də İslam dövlətinin məmurları şəhidlərin bu dərsini həmişə yadda saxlamalı və bu yolda Allah-Taaladan uğur diləməlidirlər.4
Haqdan ötrü mübarizə

Əgər haqdan ötrü mübarizə aparılsa, heç bir batil önə çıxmağa qadir olmaz. Əgər mübarizə və mücahidlik olunsa, Allah-Taala kömək və hidayət edər. Amma mübarizə aparmasaq, bikar otursaq, sayıq olmasaq, səngərdə yatsaq, yenə də düşmən bizim səngərimizi fəth etməyə gəlməyəcək?! Kim belə bir söz demişdir?! Biz çalışmalıyıq ki, düşmən nakam qalsın. Əgər biz çalışmasaq, düşmən uğur qazanacaq və bundan Allaha pənah aparırıq. Biz imkan verməməliyik ki, bizim vəzifə dövrümüzdə və bizim ciynimiz üzərində belə olsun.

...İlahi sünnə o zaman əməl edəcək ki, biz öz yerimizdə möhkəm dayanmış olaq. Əsas məsələ budur. Elm, əməl, söz, iş, siyasi, ictimai və fərdi baxımdan durduğumuz post - hara bizim postumuz, məmuriyyət və məsuliyyət yerimizdirsə, orada möhkəm, fədakarlıqla və az gözlənti ilə dayanıb işimizi görməliyik. Allah-Taala da inşallah kömək edəcək və bərəkətləri bizə nazil olacaq; necə ki, Allahın lütfü ilə indiyədək belə olmuşdur.1
Müqavimət sayəsində işi bitirmək lazımdır!

İran xalqı keçmiş uğurlardan iki dərs almalıdır: Birinci dərs budur ki, bu uğurlar müqavimətin sayəsində əldə ediləcək, təlsimçiliyin sayəsində yox. Kim böyük güclərə təslim oldusa, xar oldu; xardırsa, daha da xar edəcək, başıucadırsa, zəlil edəcəklər... İkinci dərs də budur ki, yol yarımçıqdır və işləmək lazımdır.2


Başucalığı - müqavimətin nəticəsi

Bəzi Avropa dövlətləri absurd iddialarla İslam Respublikasını güzəştə vadar etməyə çalışırdılar. Müqavimət, dirəniş, uzaqgörənlik, ağıl, inqilab və İslam dəyərlərinə arxalanmaq və Böyük İmamımızın inqilabın ilk on ilindəki getdiyi yolu seçmək onların uğursuzluğuna səbəb oldu. Onlar geri çəkildilər və İslam Respublikası Avropa ölkələrinin kollektiv şəkildə ölkəmizi tərk etmiş səfirləri sınağından başıuca çıxdı. Bunu hamı etiraf etdi.

...Xoşbəxtlikdən, xalqımız bu sahədə məsul şəxslərə son dərəcə sayıq yardımını etdi və yenə də edir. Bir quruluşun və dövlətin əcnəbi, düşmən, bədxah və hər hansı iddiaçılar qarşısında müqaviməti məsul şəxslərin uzaqgörənliyindən, bacarığından və müdrikliyindən əlavə, xalqın sayıqlığına və fəallığına da borcludur. Bu il boyu – istər seçkilərdə, istər hər il adət olan müxtəlif yürüşlərdə, xüsusən də ilin axırlarındakı yürüşlərdə xalqın güclü fəallığı öz sözünü deyə və böyük nəticələr gətirə bildi.1
Problemləri aradan qaldırmaq prosesi

Problemləri aradan qaldırmaq prosesi onların yaranma prosesi kimidir. İqtisadi, siyasi, yaxud başqa bir problem yarananda öz ardınca başqa problemləri də gətirdiyi kimi, problemlərin aradan qalxması da belədir. Siz bir düyünü açdıqda görürsünüz ki, ondan sonra beş başqa düyünü açmaq imkanı yaranır. İşgüzar əllərin hər hansı biri az və kiçik işdən başlasa, düşünürəm ki, yaxşı nəticələr əldə olunar. Bu tələb edir ki, siz pul xərcləməkdə, proqram seçməkdə, bir hissəni o biri hissədən önə keçirməkdə və hər bir hissə daxilində bir proqramı önə keçirməkdə prioritetlərə riayət edəsiniz. Mən görürəm ki, bəzi yerlərdə buna riayət olunmur.2


İşlərdə müntəzəmlik

İşlər düzgün getməlidir: "Əgər onlar o yolda doğru olsaydılar, Biz onlara bol yağış verərdik"3. Yolda düzgünlük. Yolu düzgün və müntəzəm getmək lazımdır. Əgər üç-dörd gün yaxşı və düzgün getsək, sonra isə tərk etsək, faydası yoxdur.4


Mehdi inancı və həyata ümid

Mehdiyə etiqadı olan cəmiyyətin qəlbi qüvvəli olar. Qəlbin qüvvəliyi xalqlar üçün çox önəmlidir. Bilin ki, müstəmləkəçiliyin İslam ölkələrinə hökmranlığı xalqları ümidsiz edəndən sonra baş verdi. Onlar zəiflik, gücsüzlük hiss etdilər, sonra bunlar gəlib zorla onlara hakim oldular. Bu gün də belədir. Biz dünyanın siyasi və diplomatik münasibətlərində gözlərimiz önündə görürük ki, qlobal hegemonizmin ən böyük fəndlərindən biri müxtəlif ölkələrin - o cümlədən, İslam ölkələrinin məsul şəxslərini ümidsiz etmək, onlara dayaqsızlıq hissi ötürmək istəməsidir; onlar məsələn, ABŞ-ın boyunduruğu altına düşməkdən başqa yollarının olmadığını hiss etsinlər. Belə zəiflik hissi böyük bəladır.5





Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin