Onkologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə ÇƏNBƏr bağirsaq xəRÇƏNGİ


) Qida borusu xərçəngində istənilən-T istənilən N istənilən və M1 varsa, bu hansı mərhələni göstərir?



Yüklə 1,34 Mb.
səhifə7/14
tarix21.10.2017
ölçüsü1,34 Mb.
#8200
1   2   3   4   5   6   7   8   9   10   ...   14

405) Qida borusu xərçəngində istənilən-T istənilən N istənilən və M1 varsa, bu hansı mərhələni göstərir?
A) Heç biri

B) III mərhələ

C) I mərhələ

D) II mərhələ

E) IV mərhələ
Ədəbiyyat: Ə.T.Əmiraslanov “Onkologiya” Bakı-“Təbib” 1995, 460 səh
406) Hansı müayinə üsulu ağciyər xərçənginin diaqnostikası üçün xarakterik deyil?
A) Torakoskopiya

B) Histeroskopiya

C) Bronxoskopiya

D) Traxeoskopiya

E) Mediastinioskopiya
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с.
407) Ağciyərin xoşxassəli şişlərinin əsas müalicə üsulu hansıdır?

A) Cərrahi müalicə ilə kombinə edilmiş əməliyatsonrası şüa terapiyası

B) Radikal proqramlı kimyaterapiya ilə kombinə olunmuş şüa terapiyası+ kimyaterapiya

C) Ancaq kimyaterapiya

D) Ancaq cərrahi müalicə

E) Ancaq şüa terapiyası


Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с.
408) Qida borusunun xərçəngi ilə radikal əməliyyat keçirmiş xəstələrin yaşama müddətini müəyyən edən əsas faktor hansıdır?

A) Yanaşı xəstəliklər toplusu

B) Xəstənin yaşı

C) Şişin mərhələsi

D) Əməliyyatın tipi

E) Əməliyyatın həcmi


Ədəbiyyat: М.И. Давыдов . И.С.Стилиди Рак. Пищевода : Москва2007 20с

Bölmə 7. PATOSITOMORFOLOGİYA


Bölmə 8. Baş və boyun nahiyyəsinin şiş xəstəliklərinin rentgendiaqnostikası


Bölmə 9. TƏNƏFFÜS ÜZVLƏRİNİN VƏ DİVARARALIĞI ÜZVLƏRİ ŞİŞLƏRİNİN RENTGENDİAQNOSTİKASI


Bölmə 10.SÜD VƏZİ XƏSTƏLİKLƏRİNİN RENTGEN DİAQNOSTİKASI


Bölmə 11. HƏZM SİSTEMİNİN RENTGENDİAQNOSTİKASI


Bölmə 12. SÜMÜK –ƏZƏLƏ SİSTEMİ XƏSTƏLİKLƏRİNİN RENTGENDİAQNOSTİKASI


Bölmə 13. BÖYRƏKLƏRİN VƏ SİDİK CİNSİYYƏT ÜZVLƏRİNİN RENTGENDİAQNOSTİKASI


Bölmə 14. RADİONUKLİD DİAQNOSTİKA


Bölmə 15. MAQNİT REZONANS TOMOQRAFİYA


Bölmə 16. KOMPYUTERTOMOQRAFİYA


Bölmə 17. ULTRASƏS MÜAYİNƏSİ


Bölmə 18. ENDOSKOPİYA


Bölmə 19. Kliniki biokimya


Bölmə 20. KİMYATERAPİYA

409) Aşağıdakı preparatlardan hansıları şişəleyhinə antrasiklin sırası antibiotiklərinə aiddir?

A) Bütün cavablar düzgündür

B) Farmorubisin

C) Doksorubiusin

D) Rubomisin

E) Epirubisin


Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
410) Baş beyin şişləri zamanı istifadə olunmayan sitostatik hansıdır?
A) Temozolomid

B) Lomustin

C) Asparaginaza

D) Prokarbazin

E) Karmustin
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
411) Baş beyin şişləri zamanı ən çox istifadə olunan sitostatik hansıdır?
A) Lomustin

B) Bütün sadalanan dərman preparatları

C) Prokarbazin

D) Temozolamid

E) Karmustin
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
412) Radikal cərrahi müalicəni tamamlayan kimyaterapiya necə adlanır?
A) Regionar kimyaterapiya

B) Düzgün cavab yoxdur

C) Neoadyuvant kimyaterapiya

D) Adyuvant kimyaterapiya

E) İnduksion kimyaterapiya
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
413) Neoadyuvant kimyaterapiyadan ən çox hansı orqanların bədxassəli şişlərinin müalicəsində istifadə olunur?
A) Yerli yayılmış qeyri-xırdahüceyrəli ağciyər xərcəngi və osteogen sarkomada

B) Sidik kisəsi və süd vəzisi xərcəngində

C) Bütün cavablar düzgündür

D) Yumurtalıqların xərçəngində

E) Düz bağırsaq xərcəngində
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
414) Kimyaterapiya vasitəsi ilə şiş toxumasının 50% və çox reqressiyaya uğraması necə adlanır?
A) Tam reqressiya

B) Hissəvi reqressiya

C) Düzgün cavab yoxdur

D) Stabilizasiya

E) Proqressivləşmə
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
415) Kimyaterapiya vasitəsi ilə tam sağalma ehtimalı olan onkoloji xəstəliklər və hemoblastozlar hansılardır?
A) Kəskin limfoblast leykoz

B) Hockin limfoması

C) Bütün cavablar düzgündür

D) Uşaqlığın xorinokarsinoması

E) Bədxassəli herminogen şişlər
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
416) Aşağıda sadalanan sitostatiklərdən hansı alopesiyaya səbəb olur?
A) Bütün cavablar düzgündür

B) Doksorubisin, epirubisin

C) Etopozid

D) Taksanlar

E) İrinotekan
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
417) Alopesiyanın qarşısını almaq üçün hansı tədbirlər aparılmalıdır?
A) Doğru cavab yoxdur

B) Sedativ preparatların təyini

C) Antihistamin preparatların təyini

D) Kortikosteroidlərin təyini

E) Vitaminoterapiyanın təyini
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
418) Aşağıdakı preparatlardan hansıları taksanlar qrupuna aiddir?
A) Etopozid

B) Paklitaksel

C) Bütün cavablar düzgündür

D) Epirubisin

E) Doksorubisin
Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
419) Sisplatin preparatının ekstravazasiyası zamanı hansı preparatdan istifadə edirlər?
A) Bütün sadalananlar doğrudur

B) Novokain

C) Deksametazon

D) Tiosulfat natri

E) Heparin
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
420) Aşağıda sadalanan preparatlardan hansı toksik hipertermik reaksiya törədir?
A) Bütün cavablar doğrudur

B) Bleomisin

C) Sitarabin

D) Asparaginaza

E) Rituksimab
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
421) Böyrəklərin funksional zədələnmə dərəcəsindən asılı olaraq dozalarının reduksiyasına ehtiyac olan preparat hansıdır?
A) Siklofosfamid

B) Doksorubisin

C) Bleomisin

D) Sisplatin

E) Sitarabin
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
422) Aşağıda sadalanan sitostatiklərdən hansı dəri altına düşdükdə nekroz yarana bilər?
A) Bleomisin, Mitomisin, Dakarbazin

B) Etopozid, Sisplatin

C) Taksanlar

D) Bütün cavablar doğrudur

E) Antrasiklinlər, Vinalkaloidlər
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
423) Aşağıdakılardan Zometanın təyinatına göstəriş hansıdır?
A) Solid şişlərin qarışıq metastazları zamanı

B) Bütün cavablar doğrudur

C) Solid şişlərin osteolitik metastazları zamanı

D) Solid şişlərin osteblastik metastazları zamanı

E) Çoxsaylı mielomada osteolitik ocaqlar zamanı
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
424) Antrasiklinlərin istifadəsi zamanı hansı toksik təzahürlər müşahidə olunur?
A) Kardiotoksiklik

B) Nefrotoksiklik

C) Hepatotoksiklik

D) Mielotoksiklik

E) Bütün cavablar doğrudur
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
425) Antrasiklinlərin şişəleyhinə təsirini azaltmamaq şərti ilə onların kardiotoksikliyinin qabağını alan preparat hansıdır?
A) Panangin

B) Deksrazoksan (Kardioksan)

C) Bütün cavablar doğrudur

D) Uromiteksan

E) Kalci folinat
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
426) Yüksək doza metotreksatin istifadəsi zamanı baş verə bilən ağırlaşmalara hansı aiddir?
A) Neytropeniya

B) Stomatit

C) Trombositopeniya

D) Ekstrapiramid pozğunluqlar

E) Bütün cavablar doğrudur
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
427) Aşağıdakı preparatlardan hansı bisfosfonatlar qrupuna aid deyil?
A) Klodronat

B) Hamısı aiddir

C) Zoledronat

D) Pamidronat

E) İbandronat
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
428) Hansı orqanların xərcənginin sümüklərə metastazlarında bisfosfonatlardan istifadə olunur?
A) Süd vəzi xərçəngində

B) Prostat vəzi xərçəngində

C) Ağciyər xərçəngində

D) Bütün cavablar düzgündür

E) Mielom xəstəliyi zamanı
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
429) Kimyaterapiya zamanı hansı metabolik pozğunluqlar qeyd oluna bilər?
A) Hiperkalsiemiya, hipokalsiemiya

B) Bütün cavablar düzgündür

C) Hipokaliemiya, hiponatriemiya

D) Hiperqlikemiya, hipoqlikemiya

E) Hipomaqniemiya
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
430) Bisfosfonatların təyinindən əvvəl qanda hansı göstərici yoxlanılmalıdır?
A) Qanda maqneziumun miqdarının təyini

B) Qanda kalsiumun miqdarının təyini

C) Qanda kaliumun miqdarının təyini

D) Heç bir cavab düzgün deyil

E) Qanda dəmirin miqdarının təyini
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
431) Hand-and-foot sindromu hansı sitostatikin qəbulundan sonra qeyd oluna bilər?
A) Sisplatin

B) Vinkristin

C) Kapesitabin

D) Siklofosfamid

E) Vinorelbin
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
432) Bəzi sitostatiklərin qəbulu zamanı dəridə hansı toksiki reaksiyalar baş verir?
A) Hiperkeratoz

B) Qeyri spesifik dermatit

C) Dəridə xoraların əmələ gəlməsi

D) Hiperpiqmentasiya

E) Bütün cavablar doğrudur
Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
433) Aşağıda sadalanan sitostatiklərdən hansı daha çox hallarda selikli qişada mukozitlər törədir?
A) Kapesitabin

B) Dositaksel

C) Bütün sadalanan preparatlar

D) Metotreksat

E) 5 ftorurasil
Ədəbiyyat: Ədəbiyyat: Практическая химиотерапия злокачественных опухолей. Т.Дж.Пристман. М., 2011, 191 с.
434) Hiperkalsemiya zamanı hansı tədbirlər aparılır?

A) Sidikqovucu preparatlar (Furosemid 20-40 mq vena daxilinə 2-4 saatdan bir)

B) Kortikosteroidlər

C) Gücləndirilmiş diurez

D) Bütün cavablar doğrudur

E) Bisfosfonatlar


Ədəbiyyat: Ədəbiyyat: Практическая химиотерапия злокачественных опухолей. Т.Дж.Пристман. М., 2011, 191 с., Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
435) Kimyaterapiyanın ağırlaşmalarından sayılan hiperurikemiya riski zamanı ilkin hansı tədbirlərdən istifadə olunur?

A) Hemodializin aparılması

B) Allopurinolun təyini 600-900 mg/sutkada

C) Diuretiklərin təyini

D) Hidratasion terapiya

E) Bütün cavablar doğrudur


Ədəbiyyat: Ədəbiyyat: Онкология. Под ред. Д.Касчиано. М., 2008, 1039 с., Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
436) Kimyaterapiyanın ağırlaşmalarından olan hipokalsiemiya zamanı hansı preparat təyin edilməlidir?
A) Düzgün cavab yoxdur

B) Natrium xlorid

C) Bütün cavablar doğrudur

D) Peroral kalsium preparatları və kalsium qlükonat (vena daxili)

E) Kalium xlorid
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
437) Aşağıda göstərilənlərdən hansı kimyaterapiyanın ağırlaşmalarına aiddir?
A) Leykopeniya

B) Stomatit

C) Sistit

D) Bütün cavablar doğrudur

E) Diareya
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
438) Antimetabolitlərin təsir mexanizmi nədən ibarətdir?
A) Purin və timidin turşularının sintezinin pozulmasından

B) DNT molekullarının alkiləedici reaksiyasından

C) DNT–matrisası səviyyəsində nuklein turşularının sintezinin zəifləməsindən

D) DNT molekullarinda bitişmələrin əmələ gəlməsi

E) Mikroborucuq zülallarının—tubulinin denaturasiyasından
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
439) Platin törəmələri preparatlarının şişəleyhinə təsir mexanizmi nədən ibarətdir?
A) Mikroborucuq zülallarının—tubulinin denaturasiyasından

B) DNT molekullarının alkiləedici reaksiyasından

C) DNT –matrisası səviyyəsində nuklein turşularının sintezinin zəifləməsindən

D) DNT molekullarında bitişmələrin əmələ gəlməsi

E) Purin və timidin turşularının sintezinin pozulmasından
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
440) Aşağıda sadalanan xəstəliklərdən hansı sitostatiklərin təsirinə az həssasdır?

A) Retinoblastoma

B) Düzgün cavab yoxdur

C) Leyomiosarkoma

D) Osteogen sarkoma

E) Herminogen şişlər


Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
441) Aşağıda sadalananlardan hansı alkiləedici preparatlara aid deyil?
A) Sisplatin

B) İfosfamid

C) Bütün sadalanan preparatlar

D) Etopozid

E) Karmustin
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
442) Şişəleyhinə antibiotiklərə aşağıdakı sitostatiklərdən hansı aiddir?
A) Bütün sadalanan preparatlar

B) Ftorurasil

C) Metotreksat

D) Etopozid

E) Doksorubisin
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
443) Aşağıda sadalananlardan hansı antimetabolitlərə aid deyil?
A) Doksorubisin

B) Kapesitabin

C) Metotreksat

D) Ftorurasil

E) Sitorabin
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
444) Antrasiklinlərin təyininə əksgöstəriş nədir?
A) Ürək-qan damar sisteminin çatışmamazlığı

B) Şiş prosessinin disseminasiyası

C) Bədən temperaturunun 37,5 C qədər yüksəlməsi

D) Hemorragik sistit

E) Bir böyrəyin olmaması
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
445) İfosfamidin təyininə əksgöstəriş nədir?
A) Anamnezdə böyrək xəstəlikləri

B) Qaraciyərin ağır xəstəlikləri

C) Anamnezdə infarktın olması

D) Mədənin xora xəstəliyi

E) Hemorragik sistit
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С.А.Тюляндина и В.М.Моисеенко. СПб., 2004, 784с.
446) Metastatik yoğun və düz bağırsaq xərçəngində istifadə olunan şişəleyhinə target preparatı hansıdır?
A) İmatinib

B) Nilotinib

C) Bevasizumab

D) Dasatinib

E) Sunitinib
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
447) Hansı şişəleyhinə target preparatı angiogenezin blokatorudur?
A) Heç biri

B) Avastin

C) Herseptin

D) Panitumumab

E) Erbituks
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
448) Ağciyərin kiçikhüceyrəli xərçəngində istifadə olunan sitostatiklərin kombinasiyası hansıdır?
A) Etopozid+Sisplatin

B) Gemsitabin+Sisplatin

C) Bütün cavablar doğrudur

D) İrinotekan + Sisplatin

E) Dosetaksel + Sisplatin
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
449) Aşağıda sadalanan ağırlaşmalardan hansı Gemsitabin preparatı üçün xarakterik deyil?

A) Trombositopeniya

B) Ürəkbulanma

C) Bütün cavablar düzgündür

D) Alopesiya

E) Leykopeniya


Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
450) Metastatik mədə xərçəngində istifadə olunan əsas polikimyaterapiya kombinasiyası hansıdır?
A) Epirubucin + Sisplatin + Ftorurasil

B) Heç biri

C) İrinotekan + Sisplatin

D) Oksalaplatin + Ftorurasil

E) Dosetaksel + Sisplatin + Ftorurasil
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
451) Yoğun bağırsaq xərçəngində Ftorurasil birləşmələrinə rezistent olduğu halda istifadə olunan sitostatik hansıdır?
A) Kapesitabin

B) Oksalaplatin

C) Ralitreksed

D) Dosetaksel

E) İrinotekan
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
452) Mədəaltı vəzi xərçəngində istifadə olunan əsas sitostatik hansıdır?
A) Heç biri

B) Ftorurasil

C) Dosetaksel

D) Gemsitabin

E) Sisplatin
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
453) Aşağı risk qrupu olan süd vəzi xərçəngində istifadə olunan müalicə sxemi hansıdır?
A) CMF

B) TAC


C) CAP

D) Heç biri

E) ABVD
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
454) Trastuzumaba rezistent olan süd vəzi xərcəngində istifadə olunan şişəleyhinə target preparatı hansıdır?
A) Avastin

B) Tarseva

C) Sutent

D) Tayverb

E) Qlivek
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
455) Aşağıdakı PKT sxemlərindən hansıları yumurtalıqların xərçənginin müalicəsində istifadə olunur?

A) Sisplatin + Paklitaksel

B) Karboplatin + Paklitaksel

C) Karboplatin + Siklofosfamid

D) Siklofosfamid + Sisplatin

E) Bütün cavablar düzgündür


Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
456) Bevasizumabın 21 gündən bir istifadəsi zamanı neçə mq/kq dozadan istifadə olunmalıdır?
A) 7,5 mq/kq

B) 4 mq/kq

C) 6 mq/kq

D) 2 mq/kq

E) 5 mq/kq
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
457) Premenopauza dövründə olan xəstələrdə kimyaterapiyadan sonrakı aylarda mensturasiya olarsa hansı hormonal preparatdan istifadə olunur?

A) Tamoksifen

B) Gozerelin

C) Heç biri

D) Ekzemestan

E) Anastrozol


Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
458) Aşağıdakı PKT sxemlərindən hansıları yoğun bağırsaq xərçənginin müalicəsində istifadə olunur?

A) FOLFİRİ

B) Bütün cavablar düzgündür

C) FOLFOX – 6

D) FOLFOX – 4

E) FOLFOX – 7


Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
459) Zoladeks(Gozerelin) aşağıda göstərilənlərdən hansı qrupa aiddir?
A) Estrogen reseptorunun blokatorudur

B) Heç biri

C) Steroid aromataza inhibitorudur

D) Luteinləşdirici hormonun rilizinq hormonu

E) Qeyri-steroid aromataza inhibitorudur
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
460) Aşağıdakı preparatlardan hansıları süd vəzisi xərçənginin müalicəsində istifadə olunur?
A) Bütün cavablar düzgündür

B) Epirubisin

C) Siklofosfamid

D) Doksorubiusin

E) Dosetaksel
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
461) Ekzemestanin gündəlik istifadə dozası neçə mq-dır?
A) 1 mq

B) 2,5 mq

C) 25 mq

D) 10 mq


E) 5 mq
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
462) Maksimal androgen blokadanı hansı hormonal preparatlar əmələ gətirir?
A) Gozerelin + Aminoglutetimid

B) Gozerelin + Tamoksifen

C) Biklutamid + Tamoksifen

D) Gozerelin + Biklutamid

E) Heç biri
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
463) Prosat vəzi xərçəngində hansı hormonal terapiyadan istifadə olunur?
A) Biklutamid + Aminoglutetimid

B) Gozerelin + Aminoglutetimid

C) Biklutamid + Fulvestrant

D) Gozerelin + Biklutamid

E) Ekzemestan + Tamoksifen
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
464) 5 - Ftorurasil aşağıda sadalanan hansı onkoloji xəstəliklərin müalicəsində istifadə olunmur?

A) Süd vəzisi xərçənginin

B) Yoğun bağırsaq xərçənginin

C) Limfomaların

D) Bütün cavablar səhvdir

E) Mədə xərçənginin


Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
465) Aşağıdakı preparatlardan hansıları süd vəzisi xərçənginin müalicəsində istifadə olunmur?

A) Epirubisin

B) Siklofosfamid

C) Asparaqinaza

D) Bütün cavablar səhvdir

E) Doksorubisin


Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
466) Anastrazolun 1 dəfəlik istifadə dozası neçə mq-dır?
A) 2 mq

B) 1 mq


C) 2,5 mq

D) 10 mq


E) 5 mq
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.
467) Süd vəzin “karsinoma in situ”nun ilkin müalicəsi necə olmalıdır?

A) Cərrahi

B) Heç biri

C) Şüa terapiya

D) Kimyaterapiya

E) Kimya-şüa terapiya


Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
468) Xorionkarsinomalarda hər kimyaterapiyadan sonra aşağıdakılardan hansı yoxlanılmalıdır?
A) CA 12-5

B) ß-HCG


C) AFP, ß-HCG

D) AFP


E) ß-HCG, CA 12-5
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 2004, 1456с.
469) Süd vəzisi xərçənginin müalicəsində ən çox istifadə olunan PKT sxemi hansıdır?
A) PP

B) CAF(FAC)

C) Heç biri

D) PT


E) EP
Ədəbiyyat: Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692 с.
470) Taksan preparatlarına rezistent olan yumurtalıq xərçəngində hansı sitostatikdən istifadə olunur?
A) Gemsitabin

B) Heç biri

C) 5-ftorurasil

D) Doksorubisin

E) Vinkristin
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. Н.И.Переводчиковой. М., 2005, 692с.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin