Onkologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə ÇƏNBƏr bağirsaq xəRÇƏNGİ


) Braxiterapiya sözü nə deməkdir?



Yüklə 1,34 Mb.
səhifə10/14
tarix21.10.2017
ölçüsü1,34 Mb.
#8200
1   ...   6   7   8   9   10   11   12   13   14

601) Braxiterapiya sözü nə deməkdir?
A) Radionuklid kapsulların şişlə uzaq məsafədə terapevtik istifadəsi

B) Yalnız applikasion şüa müalicəsi

C) Yalnız toxumadaxili şüa müalicəsi

D) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi

E) Yalnız boşluqdaxili şüa müalicəsi
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6.
602) Aşağıdakılardan hansının şüa müalicəsi zamanı effekt daha az alına bilər?

A) Mədənin adenokarsinoması

B) Dərinin bazal hüceyrəli xərçəngi

C) Hoçkin limfoması

D) Dərinin yası epitel xərçəngi

E) Qırtlağın yastı epitel xərçəngi


Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6.
603) Uşaqlıq boynu xərçənginin müştərək şüa müalicəsinə əksgöstərişlər hansıdır ?
A) İltihabi proseslər, uzaq metastazlar, xarici cinsi orqanların inkişaf patologiyası, uşaqlıq və yumurtalığın şişi, hamiləlik

B) Hamiləlik

C) İltihabi proseslər, hamiləlik

D) İltihabi proseslər, uzaq metastazlar

E) Xarici cinsi orqanın inkişaf patologiyası
Ədəbiyyat: İ.İsayevin Bədxassəli şişlərin şüa müalicəsinin əsasları Bakı 2001.səh. 317-318.
604) Uşaqlıq cismi xərçənginin müalicəsində radikal şüa terapiyası nə zaman tətbiq edilir?
A) Cərrahi əməliyyata ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel formalarda, cərrahi əməliyatdan imtina edildikdə

B) Uşaqlıq cismi xərçənginin lokal və qeyri-operabel formalarda

C) Ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel formalarda

D) Ümumi somatik əksgöstəriş olduqda, cərrahi əməliyyatdan imtina edildikdə

E) İstifadə edilmir
Ədəbiyyat: Рак шейки и тела матки ,Л.А.Марьина , М.И.Нечушкин 2004.стр.272-273
605) Uşaqlıq yolu xərçənginin 1-ci mərhələsində şüa müalicəsinin hansı metodundan istifadə edilir?
A) Distansion, rentgenterapiya

B) Rentgenterapiyа

C) Distansion qamma terapiya, braxiterapiya

D) Distansion qamma terapiya

E) Braxiterapiya
Ədəbiyyat: Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, İ.İsayev 2001.səh 303-308
606) Sümüklərin radiohəssas şişləri aşağıdakılardan hansılardır?
A) Xondroma

B) Limfoma(retikulosarkoma)

C) Osteoblastoklastoma

D) Osteoma

E) Osteosarkoma
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 195
607) Aşağıdakılardan hansı qida borusu xərçənginin şüa müalicısi zamanı tez-tez rast gələn şüa reaksiyasıdır?

A) Laringit

B) Epiteliit

C) Dermatit

D) Faringit

E) Ezofagit


Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
608) Qida borusu xərçənginin şüa müalicəsi zamanı radikal doza sayılır:
A) 45-50 Qr

B) 30-40 Qr

C) 55 Qr

D) 75 Qr


E) 60-70 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 197
609) Qida borusu xərçəngində palliativ məqsədlə şüa müalicəsi zamanı CMD məsləhətdir:
A) 35 Qr

B) 50 Qr


C) 30 Qr

D) 40 Qr


E) 45 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 198
610) Sidik kisəsi xərçəngi olan xəstələrə postoperativ şüa terapiyası nə vaxt başlanmalıdır?
A) Əməliyyatdan 2 həftə sonra

B) Əməliyyatdan 1 həftə sonra

C) Əməliyyatdan sonra 1 ay ərzində

D) Əməliyyatdan 8 ay sonra

E) Əməliyyatdan 18 həftə sonra
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
611) Qida borusu xərçəngi olan xəstələrdə şüa terapiyasının ən ağır ağırlaşması sayılır:
A) Qanaxma ilə nəticələnən şişin dağılması

B) Ezofagit

C) Hiperemiya

D) Epidermit

E) Ümumi zəiflik
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
612) Qida borusu xərçənginin şüa müalicəsinin effektliyini qiymətləndirmək üçün əsasən aşağıdaki müayinə metodları istifadə olunur:
A) KT müayinə

B) Rentgen müayinə

C) USM

D) Endoskopiya müayinəsi



E) Rentgen və endoskopiya müayinələri
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 185
613) Qida borusu xərçəngində morfoloji strukturuna görə daha radiohəssas şiş sayılır:
A) Differensiasiya olunmayan xərçəng

B) Yastıhüceyrəli xərçəng

C) Adenokarsinoma

D) Mukoepidermoid xərçəng

E) Vəzili kistoz xərçəng
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 186
614) Süd vəzisi xərçəngi olan xəstələrin qoltuqaltı limfa düyünlərinin şüalanmasının radikal dozası sayılır:
A) 50 Qr

B) 40 Qr


C) 60 Qr

D) 30 Qr


E) 20 Qr
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 287
615) Süd vəzisinin şüalanması zamanı hansı süa reaksiyaları rast gəlir?
A) Epiteliit

B) Ezofagit

C) Faringit

D) Laringit

E) Hiperemiya və epidermit
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 284
616) Süd vəzisi xərçənginin şüalanması zamanı radikal proqram üzrə hansı zonalar süalandırılır?
A) Süd vəzisi + körpücüküstü-altı nahiyə

B) Süd vəzisi + qoltuqaltı nahiyə + körpücüküstü-altı nahiyə

C) Süd vəzisi + qoltuqaltı nahiyə

D) Süd vəzisi

E) Qoltuqaltı nahiyə+ körpücüküstü-altı nahiyə
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
617) Süd vəzisi xərçəngi olan xəstələrdə əsasən şişin hansı ölçülərində əməliyyatönü şüa terapiyası aparılır?
A) 3,5 sm

B) 2 sm


C) 3sm

D) 2 sm çox

E) 5 sm çox
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 302
618) Radikal mastektomiyadan sonra şüalanma dozası:
A) Cərrahi çapığa 70 Qr

B) Cərrahi çapığa 60 Qr

C) Cərrahi çapığa 50 Qr

D) Cərrahi çapığa 40 Qr

E) Cərrahi çapığa 30 Qr
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
619) Süd vəzisinin şüa müalicəsinə əks göstərişlər:
A) Qaraciyərə metastaz

B) Xəstəliyin İV mərhələsi

C) Ümumi zəiflik

D) Bronxit

E) Xəstəliyin III mərhələsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 311
620) Yerli yayılmış prostat vəzi xərçənginin (T3-4N0M0 və ya T1-4N1M0) mümkün müalicə metodlarını göstərin:
A) Şüa terapiyası, hormonterapiya

B) Prostat vəzinin rezeksiyası, braxiterapiya

C) Radikal şüa terapiyası, prostat vəzinin rezeksiyası

D) Prostat vəzinin rezksiyası, hormonterapiya

E) Radikal prostatektomiya, braxiterapiya
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.192
621) Sadalanan prostat vəzi xərçənginin müalicəsində istifadə olunan metodlardan hansı ən effektiv olaraq, həm də ən yaxşı “həyat keyfiyətini” təmin edir?
A) Kimyaterapiya

B) Hormonterapiya

C) Şüa terapiyası

D) İmmunoterapiya

E) Cərrahi müalicə
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.193
622) Prostat vəzi xərçənginin distansion qamma-terapiyasının cəmi mənbə dozası (CMD) neçədir?
A) 56-60 Qr

B) 66-70 Qr

C) 76-80 Qr

D) 46-50 Qr

E) 40-46 Qr
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.199
623) Prostat vəzi xərçənginin çoxsaylı sümük metastazları olduqda sistem şüa terapiyası məqsədilə istifadə olunan radioizotop hansıdır?
A) Qızıl

B) İridium

C) Yod

D) Stronsium



E) Texnesium
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.201
624) Sidik kisəsi xərçənginin hansı mərhələsi radikal şüa terapiyasına göstərişdir?

A) T1-3N0M0

B) T1-N0M1

C) T1-3N03M1

D) T1-4N0M1

E) T1-2N0-1M1


Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.203
625) Sidik kisəsi xərçənginin hansı histoloji variantı şüa terapiyasına daha həssasdır?
A) Bədxassəli papilloma

B) Adenokarsinoma

C) Keçid hüceyrəli

D) Yastı hüceyrəli

E) Anaplastik
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.224

Bölmə 22.Baş və boyun nahiyəsinin şişləri.

626) Qırtlağın orta hissəsinin xərçəngi hansı əlamətlərlə başlayır?
A) Yeməyin çətin keçməsi

B) Baş ağrıları

C) Öskürək

D) Səsin karlaşması

E) Ürəkbulanma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 353с.
627) Qırtlağın bağüstü hissəsinin xərçəngi hansı əlamətlərlə başlayır?
A) Səsin batmasi

B) Udqunma zamanı boğazda olan ağrı

C) Ürəkbulanma

D) Ürəkdöyünmə

E) Baş ağrıları
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,353с.
628) Qırtlağın bağaltı hissəsinin xərçəngi hansı əlamətlərlə başlayır?
A) Baş ağrıları

B) Udqunma zamanı boğazda olan ağrı

C) Tənəffüsün çətinləşməsi

D) Öskürək

E) Ürəkbulanma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,353с.
629) Qırtlağın hansı hissəsinin xərçəngi daha çox rast gəlinir?
A) Səs bağı

B) Bağ üstü

C) Bağ altı

D) Bağ üstü və səs bağı

E) Hər üçü
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,349с.
630) Qırtlaq xərçəngi ən çox hansı yolla metastaz verir?
A) Limfogen

B) Limfogen, hematogen və implantasion

C) İmplantasion

D) Hematogen, implantasion

E) Hematogen
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,350с.
631) Qırtlağın hansı hissəsinin xərçəngi ən çox regionar metastaz verir?
A) Bağ altı

B) Bütün sadalananlar

C) Bağ üstü

D) Səs bağı

E) Hec hansı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,350с.
632) Qırtlaq xərçəngini əmələ gətirən faktorlar hansıdır?
A) Peşə faktorları

B) Siqaret çəkmək

C) Ekoloji mühit

D) Hamısı

E) Qırtlağın xroniki xəstəlikləri
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,352с.
633) Qırtlağın xərçəngi ən çox hansı yaş qrupunda rast gəlinir?
A) 35-65

B) 25-30


C) 70-80

D) 20-ə qədər

E) 80-90
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,35с.
634) Qırtlağın xərçənginin kişi və qadınlarda rast gəlmə tezliyi necədir?
A) 10:1

B) 16:1


C) 30:1

D) 20:1


E) 40:1
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,346с.
635) Qırtlağın hansı xərçəngönü şişi daha çox xərçəngə keçir?
A) Papılloma

B) Skleroma

C) Qirtlağın vərəmi

D) Sifilis

E) Kontakt fibroma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,351с.
636) Qırtlağın xərçəngi hansı regionar zonalara metastaz verir?
A) Peritonarxası limfa düyünlərinə

B) Körpücüküstü limfa düyünlərinə

C) Qoltuqaltı limfa düyünlərinə

D) Boynun yuxarı, orta dərin vidaci limfa düyünlərinə

E) Divararalığı limfa düyünlərinə
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,350с.
637) Qırtlaq xərçənginin aşkar olunmasında hansı əsas müayinə üsulları mövcuddur?
A) Hamısı

B) Fibrolarinqoskopiya

C) Histoloji müayinə

D) Kompyuter tomoqrafiya

E) Şikayətləri
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,356с.
638) Qırtlaq xərçənginin hansı əsas müalicə üsulları mövcuddur?
A) Kombinəolunmuş

B) Cərrahi

C) Şua

D) Hamısı



E) Heç biri
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,357с.
639) Qırtlaq xərçənginin I-II mərhələsində hansi əsas müalicə üsulları mövcuddur?
A) Hamısı

B) Şua


C) Cərrahi

D) Kimyəvi dərman

E) Şua və cərrahi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,357с.
640) Qırtlaq xərçənginin III-IV mərhələsində hansi əsas müalicə üsulları mövcuddur?
A) Hamısı

B) Kombinəolunmuş

C) Şua

D) Kimyəvi dərman



E) Cərrahi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,358с.
641) Qırtlaq xərçənginin histoloji olaraq hansı varianti daha çox rast gəlinir?
A) Adenokarsinoma

B) Adenokistoz karsinoma

C) Xondrosarkoma

D) Fibrosarkoma

E) Yastı hüceyrəli karsinoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,347с.
642) Hansı xəstəliklər qırtlağın xoşxassəli şişlərinə aiddir?
A) Lipoma

B) Neyrofibroma

C) Leyomioma

D) Hamısı

E) Rabdomioma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,347с.
643) Qırtlaq xərçəngi olan xəstələr ən çox hansı mərhələdə onkoloqa müraciət edirlər?
A) I

B) IV


C) III

D) II


E) Hamısı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,355с.
644) Alt dodağın xərçənginin əmələ gəlməsinə səbəb olan faktorlar hansılardır?
A) Hamısı

B) Heç biri

C) Siqaret çəkmək

D) Kimyəvi və termiki travma

E) Mexaniki travma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,128с.
645) Alt dodağın xərçənginin xərçəngönü şişlərinə hansılar aiddir?
A) Hamısı

B) Keratoakantoma

C) Manqanotti xeyliti

D) Məhdud hiperkeratoz

E) Leykoplagiya
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,128с.
646) T1 simvoluna görə alt dodağın xərçəngi hansı ölçüdə olur?
A) 2-5sm

B) 0-2 sm

C) 5-6sm

D) 3-4sm


E) 6sm-dən yuxarı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,131с.
647) T2 simvoluna görə alt dodağın xərçəngi hansı ölçüdə olur?
A) 0-2sm

B) 2-4sm


C) 5-6sm

D) 6sm-dən yuxarı

E) 2-5sm
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,131с.2
648) T3 simvoluna görə alt dodağın xərçəngi hansı ölçüdə olur?
A) 4sm-dən yuxarı

B) 2-4sm


C) 0-2 sm

D) 5-6sm


E) 2-5sm
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,131с.
649) Alt dodağın xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?
A) Rabdomiosarkoma

B) Limfangiosarkoma

C) Adenokarsinoma

D) Fibrosarkoma

E) Yastı hüceyrəli
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,144с.
650) Alt dodağın xərçəngi hansı reqionar limfa düyünlərinə metastaz verir?
A) Qulaqətrafı

B) Çənəaltı və qulaqətrafı

C) Qasıq

D) Çənəaltı

E) Qoltuqaltı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,134с.
651) Alt dodağın xərçənginin I-II mərhələsində əsas hansı müalicə metodu istifadə olunur?
A) Şüa

B) Kimyəvi

C) Şüa və cərrahi

D) Hamısı

E) Cərrahi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,135с.
652) Alt dodağın xərçənginin III-IV mərhələsində əsas hansı müalicə metodu istifadə olunur?
A) Şüa və cərrahi

B) Kimyəvi

C) Cərrahi

D) Kombinəolunmuş

E) Şüa
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,137с.
653) Ağız boşluğu orqanları arasında xərçəng ən çox hansı orqanda rast gəlinir?
A) Yanaq

B) Dil


C) Ağız boşluğu dibi

D) Yumşaq damaq

E) Sərt damaq
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,143с.
654) Ağız boşluğunun obliqat xərçəngönü xəstəliyinə hansı aiddir?
A) Şüadan sonraki stomatit

B) Papillomatoz

C) Glossit

D) Bouen xəstəliyi

E) Qırmızı yastı dəmirov
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,148с.
655) Üzün dərisinin obliqat xərçəngönü xəstəliyi hansı sayılır?
A) Şüadan sonraki stomatit

B) Papillomatoz

C) Piqmentli kserodermiya

D) Hamısı

E) Qırmızı yastı dəmirov
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,48с.
656) Qalxanvari vəzinin xərçənginin hansı histoloji formaları var?
A) Papillyar adenokarsinoma

B) Hamsı


C) Yastıhüceyrəli xərçəng

D) Follikulyar adenokarsinoma

E) Medulyar adenokarsinoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,380с.
657) Qalxanvari vəzinin xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?
A) Follikulyar adenokarsinoma

B) Yastıhüceyrəli xərçəng

C) Limfosarkoma

D) Medulyar adenokarsinoma

E) Papillyar adenokarsinoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 381с.
658) Qalxanvari vəzinin xərçənginin hansı histoloji forması daha çox regionar metastaz verir?
A) Papillyar adenokarsinoma

B) Limfosarkoma

C) Follikulyar adenokarsinoma

D) Yastıhüceyrəli xərçəng

E) Medulyar adenokarsinoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,381с.
659) Qalxanvari vəzinin xərçənginin aşkar olunmasında hansı müayinə üsulları var?
A) Punksion biopsiya

B) Hamsı


C) Ultrasəs müayinəsi

D) Anamnez

E) Tireosintiqrafiya
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,392с.
660) Qalxanvari vəzinin xərçənginin hansı əsas müalicə üsulu vardır?
A) Şua

B) Heç biri

C) Kimyəvi

D) Hamısı

E) Cərrahi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,394с.
661) Qalxanvari vəzi xərçənginin III mərhələsinin cərrahi müalicəsində hansı üsul minimum sayılır?
A) Subtotal tiroeidektomiya

B) Tireoidektomiya

C) Şişin çıxarılması

D) Hemitireoidektomiya

E) Hemitireoidektomiya boyun hissə ilə birlikdə
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,395с.
662) Agız suyu vəzisinin bədxassəli şişlərində hansı göstətici T3 simvoluna uygundur?
A) 4-6 sm

B) 2-4 sm

C) 6 sm-dən yuxarı

D) 0-2 sm

E) 5-6 sm
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,229с.
663) Qalxanvari vəzinin xərçənginin hansı histoloji formasının proqnozu pisdir?
A) Medulyar adenokarsinoma

B) Papillyar adenokarsinoma

C) Yastıhüceyrəli xərçəng

D) Anaplastik

E) Follikulyar adenokarsinoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,384с.
664) Boğazda və qulaqda olan ağrılar, disfagiya simptomları hansı xəstəliyə xarakterdir?
A) Qalxanvari vəzinin xərçəngi

B) Qırtlaq-udlağın xərçəngi

C) Qida borusunun xərçəngi

D) Burun-udlağın xərçəngi

E) Qırtlağın xərçəngi
Ədəbiyyat: И.Н.Денисов, Ю.Л.Шевченко “2000 болезней от А до Я” – Moskva, 2003, 869 с.
665) Bouen xəstəliyi hansına aiddir?
A) Epidermadaxili yastıhüceyrəli xərçəng

B) Pemfiqus

C) Leykoplakiya

D) Keratoakantoma

E) Piqmentli kserodermiya
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,42с.
666) Karotid hemodektoma hansı üzvdən inkişaf edir?
A) Timus vəzi

B) Yuxu cismindən

C) Epifiz

D) Hipofiz

E) Torlu qişa
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,94с.
667) Truncus thyreo-cervicalis hansı arteriyanın şaxəsidir?
A) Aorta

B) Ümumi yuxu arteriyası

C) Körpücükaltı arteriya

D) Daxili yuxu arteriyası

E) Xarici yuxu arteryası
Ədəbiyyat: M.Р. Сапин “Анатомия человекаı”, том 2, - Москва, 1986, 191с.
668) Hansı sinir üzük-qalxanabənzər əzələni innervasiya edir?
A) Üz siniri

B) Aşağı qırtlaq siniri

C) Əlavə sinir

D) Azan sinir

E) Yuxarı qırtlaq siniri
Ədəbiyyat: M.Р. Сапин “Анатомия человекаı”, том 2, - Москва, 1986, 397 с.
669) Adenolimfoma hansı orqanın şişinə aiddir?
A) Qırtlağın xərçəngi

B) Hockin limfoması

C) Qulaqətrafı tüpürcək vəzisinin xoş xassəli şişi

D) Qeyri-Hockin limfoması

E) Şminke şişi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 225с.
670) Qırtlaq xərçəngi olan xəstələrdə N2c nəyi göstərir?
A) Heç biri

B) Boynun bir tərəfinin limfa düyününə metastaz <3sm

C) Boynun bir tərəfinin limfa düyününə metastaz<6sm

D) Boynun hər iki tərəfinin limfa düyününə metastaz <3sm

E) Boynun hər iki tərəfinin limfa düyününə metastaz <6sm
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 355с.
671) Boyunda şərti olaraq necə zona ayırd olunur?
A) 5

B) 3


C) 4

D) 8


E) 6
Ədəbiyyat: Bayron J.; Johnson. “Baş-boyun cərrahiyəsi- otorinolarinqoloqiya” -2006, 1589с.
672) Əlavə sinirin, daxili vidaci venanın, döş-körpücük-məməyəbənzər əzələnin, cənəaltı ağız suyu vəzisinin, qulaqətrafı ağız suyu vəzisinin aşağı qütbünün kəsilib-cıxarılması hansı əməliyyatda icra olunur?
A) Vanax tipli əməliyyat

B) Total laringoektomiya

C) Boyunun selektiv limfodisseksiyası

D) Subtotal strumektomiya

E) Krayl tipli əməliyyat
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 109с.
673) Hansı ağırlaşma xilyoz fistulasına aiddır
A) Boyunun yan kistasının fistulası

B) Subtotal strumektomiyadan sonra əmələ gələn yerli ağırlaşmalara

C) Larinqoektomiyadan sonra əmələ qələn udlaq fistulası

D) Alt dodaqda aparılan əməliyyatdan sonrakı aqız fistulası

E) Boyun limfodisseksiyasından sonra əmələ qələn fistula
Ədəbiyyat: Bayron J.; Johnson. “Baş-boyun cərrahiyəsi- otorinolarinqoloqiya” -2006, 1604с.
674) Larinqoektomiyadan sonra yerli ağırlaşmalardan ən çox hansı rast gəlinir?
A) Udlaq fistulası

B) Limforeya

C) Yaranın irinləməsi

D) Hematoma

E) Traxeostomanın çapıq daralması
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 376с.
675) Qalxanvarı vəzinin boyun hissəsinin kəsilməsi hansı növ traxeostomiyada icra olunur?
A) Orta traxeostomiya

B) Aşağı traxeostomiya

C) Hamısı

D) Konikotomiya

E) Yuxarı traxeostomiya
Ədəbiyyat: Н.Чернов “Трахеостомия у больных с местно распространенной формой рака гортани”- ““Журналоториноларингология”- 2005, 52-54 с.
676) Dəri xərçəngində T2N0M0 hansı mərhələyə aiddir?
A) IV

B) I


C) II

D) III


E) IV a
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,51с.
677) Dəri xərçəngində T1N0M0 hansı mərhələyə aiddir?
A) II

B) III


C) IV

D) IV a


E) I
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,51с.
678) Bazalioma hansı yolla metastaz verir?
A) İmplantasion

B) Heç biri

C) Limfogen

D) Hamısı

E) Hematogen
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,48с.
679) Dərinin hansı xərçəngönü forması obliqat sayılır?
A) Aktinik keratoz

B) Trofiki yaralar

C) Dəri buynuzu

D) Piqmentli kserodermiya

E) Şüa yaraları
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 42с.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin