Onlar elktron hökümət haqqında bilirlərmi?

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 9.45 Kb.
tarix22.10.2017
ölçüsü9.45 Kb.

Onlar elktron hökümət haqqında bilirlərmi?


Sərdar Zeynalov

06. 08-2013-cü il.

İnformasiya texnologiyalarının həyatımızın hər anını asnlaşdırdığı və zəbt etdiyi bir dövrdə hökümət idarəetməsinin də elektornlaşdırılması olduqca önəmli və şəfaf, demokratik cəmiyyətin formalaşdırılması baxımından əhəmiyyətli hadisədir.

Vətəndaşların hökümət sturkutrlarına vaxt itrimədən çatımlılığını təmin edən bu xidmət növü yeni olsa da, hələ bir çoxları tərəfindən istifadə edilməsə də və əhalinin böyük bir qisminin məlumtasızlığı olsa da, lakin zəruriliyi etibarı ilə vətəndaşların dövlət idarəetməsində iştirakçılıq haqqlaırnın realaşdırlması yollarından olmazsa olmazlardan biridir. Beləki, Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsində vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu iştirakçılıq hüququ özünü vətəndaşların hökümətlə bağlı əldə edə biləcəkləri məlumatlılığın səviyyəsinin, asanlığının və mümükünülyünün təmiantı ilə də sıx bağlıdır. Həmçinin elektron hökümətin olması vətəndaşlar üçün qərarvermə prosesinə töhfə verə bilmək imkanıdır.

Elektron hökümət həmçinin korrupsiya qarşı, məmur rüşvətxorluğuna qarşı mübarizə taktiklərindən biri kimi də dəyərləndirilir. Elektorn hökümətin yaradılması vətəndaşların, idarəedənlərin verdikləri qərarlara dair məlumat azadlıqlarının təmininə yönəlik uğurlu siyasi islahatdır həm də. Elektron hökümət kəsinliklə sosial, siyasal və ekonomik gündəmi sürdürmək üçün həyati bir rol oynayacakdır. Eyni zamanda elektron hökümət dövlət yönətimini yaxşılaşdırmaq üçün, və dəstək hökümət işləmlərini əhatə etmiş olur.

Ancaq bu sadalanan pozitiv detalarla yanaşı elektron hökümətin yaradılma məqəsdələri, fəaliyyəti ilə bağlı regionlarda insanların çoxluğu məlumatsızdırlar. Yaxşı olardı ki. Elektron hökümət protalını idarə edənlər regionlarda təlimlər, müzakirələr, əhali ilə görüşlər keçirdərək, “ASAN” xidmət kimi əhaliyə elektron hökümətin fəaliyyəti ilə əyyani tanış olmaq imkanı veriləydi. Əfsus ki, bu günə qədər bu edilməyibdir. Yeri gəlmişkən, “ASAN” xidmətin yardılması məncə elektron hökümətin fəaliyyətinə heç də yaxşı təsir göstərən amil deyildir. Mən düşünürəm ki, “ASAN” xidməti təsis etməkdənsə, elektron höküməti təkminləşdirmək daha vacib idi. Misal üçün, mən pensiya yığımım ilə bağlı elektron hökümətdəki hesabıma daxil oalrkən orada yalnız 2006-cı ilə qədər olan dövrü əhatə edən pensiya yatırımlarımı görə bilirəm, 2006-cı ildən sonranı deyil. Vətəndaşları narahat edən bu cür əksik xidmətləri tamamlamaq daha yaxşı olardı, nəyinki alternativ “ASAN” xidməti yaratmaq. Başqa bir misal, bəzi hökümət sturukturlarının rəsmi vebsitələri son kəs nə zaman yenilənibdir, heç bilinmir, əksər məlumatlar o cür səhfələrdə köhnədir.



Bununla belə mən yenə regionda sakinlərin elektron hökümətə dair məlumatsızlığına qayıdaraq qeyd edirəm ki, baxmayaraq bir çox sahələrdə olduğu kimi informasiya texnologiyaları ilə təminat sahəsində də xüsusi addımlar atılmışdır, amma əksər kənd yerlərində internetə çıxış yoxdur. Əhalinin kasıb, ehtiyaclı təbəqəsinin isə ümumiyyətlə kompüterə çıxışı yoxdur. Bu faktları da nəzərə alaraq mən bir də bu məsələ barədə fikirləşməyi önəmli heab edirəm ki, elektron hökümətə çatımlılığın texniki baza hissəi bütün vətəndaşlar üçün təmin edilməlidir ki, insanlar bu mexanizmə də virtual xarakterli addım kimi baxmasınlar.

Vətəndaşlar Azərbaycan respublikası Konstitusiyası ilə onlara verilmiş Müraciət etmək hüquqları (57-ci maddə), Məlumat azadlıqları (50-ci maddə) kimi fundemental haqqlarını elektron hökümət vasitəsi ilə gerçəkləşdirə biləck real imkanalra sahib olduqlarını gördükdən sonra elektron hökümətin demorkatik və şəfaf idarəetmə baxımından zəruriliyini anlayacaqlar. Lakin hal-hazırda yuxarıda qeyd etdiyim məlumtasızlıqlar səbəbindən vətəndaşlar üçün elektron hökümət sadəcə -bizdə bundan da var-prinsipi ilə bir yanaşma formasından başqa bir şeyi ehtiva etmir.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə