Ontogenezin təkamüLÜ


Ontogenezlə filogenez arasında qarşılıqlı əlaqə



Yüklə 27,71 Kb.
səhifə2/7
tarix01.12.2022
ölçüsü27,71 Kb.
#120289
1   2   3   4   5   6   7
tekamül müh davamı

Ontogenezlə filogenez arasında qarşılıqlı əlaqə. Təkamül prosesində orqanizm tamlıqda, yəni onun bütün hissələri və inkişaf mərhələləri dəyişilir.Həmçinin fərdi inkişafın amilləri və formaəmələgətitici reaksiyalarının spesifikliyi də dəyişilir. Orqanizmin tarixi inkişafında (filogenezdə) onun fərdi inkişafı ( ontogenezi) dəyişilir. Onların dəyişilməsi qarşılıqlı və bir-birindən asılı baş verir. Belə ki, bütün mütəşəkkilliklər kimi ontogenez də tarixi inkişafın nəticəsidir, digər tərəfdən tarixi inkişafın (filogenezin) özü də fərdi inkişafa (ontogenezdə) əlamətlərin dəyişilməsi əsasında qurulur.
Vaxtilə K.Ber tərəfindən əsası qoyulan “embrionların oxşarlıqları qanunu” sonradan Ç.Darvin və F.Müller inkişaf etdirərək göstərmişlər ki, hər bir orqanizm fərdi inkişafında öz növünün nəinki tarixi inkişafını qısa, sürətli və ixtisar olunmuş formada təkrar edir (Biogenetik qanun), eləcə də həmin tarixi inkişafı yeni formada təkrar edir (Filembriogenez). E.Hekkel tərəfindən yaradılan “Biogenetik qanuna” əsasən ontogenez ancaq filogenezin qısa, ixtisar olunmuş və sürətli təkrarından (rekapitulyasiya) ibarət olsaydı, onda təkamül mövcud olmazdı.buna görə də E. Hekkel sonradan bu fikri dəyişərək qeyd edur ki, fərdi inkişaf prosesində iki tipdə əlamətlər meydana çıxır. Onlardan bir qrupun əcdad irsi əlamətlərinin təkrarından ibarət- palingenezlər, digərləri əcdadları təkrar etməyən yeni əlamətlər – senogenezlər adlanır. Senogenez əlamətlər orqanizmin embrional inkişafında uyğunlaşdırıcı əhəmiyyətə malikdir.
E.Hekkelin “əsas biogenetik qanun” ontogenezlə filogenez arasında qarşılıqlı münasibətləri öyrənməkdə həlledici addım olub, təkamülü morfologiyanın inkişafında böyük rol oynamışdır. E.Hekkel öz təliminə heterotopiya və heteroxroniya dəyişkəniklərini də daxil etmişdir. Onun təliminə əsasən embrional inkişafda orqanın özülü qoyulan zaman onun yeri dəyişilirsə, heterotopiya, orqanın özülünün qoyulma vaxtı dəyişilirsə, heteroxroniya adlanır. İbtidai onurğalılardan başlamış quşlara və məməlilərə qədər ürək öz yerini döş boşluğuna doğru dəyişmişdir ki, bu heterotopiyaya, məməlilərdə beynin özülünün reptililərə nisbətən tez qoyulması isə heteroxroniyaya misal ola bilər. Heteroxroniya zamanı bu və ya digər orqanın və quruluşun özülünün qoyulma vaxtının sürətlənməsi akselerasiya, ləngiməsi reterbasiya adlanır (A.Qayett və E.Kop 1866-1868). Bir çox formaların tədqiqi göstərir ki, tərəqqidə olan orqanların özülü daha erkən və sürətli inkişaf edir, əksinə təkamül prosesində sıradan çıxmaqda olanorqanlar daha zəif inkişaf edir, onların özülünün quruluşu ontogenezin daha son mərhələlərinə çəkilir.
E.Hekkel qanunlarında heterotopiya və heteroxroniya tipli dəyişkənliklər əsas götürülərək, digər morfofizioloji dəyişkənliklər nəticəsində baş verən mütəşəkkilliklər nəzərə alınmamışdır. Hekkel göstərmişdir ki, yaşlı orqanizm mühit amillərinin təsiri altında yeni irsi əlamətlər qazanır. Belə əlamətlər ontogenezin əvvəlki mərhələləri üzərində üstqurumlar kimi möhkəmlənərək ontogenezə daxil olur. Beləliklə, E.Hekkelə görə ontogenez mexaniki olaraq sadəcə “üstqurumların” ardıcıl cəminin nəticəsidir. Seversova görə ontogenezin bu və ya digər mərhələsində baş verib, filogenetik əhəmiyyət kəsb edən morfofizioloji dəyişkənliklər filembriogenez adlanır. Ontogenezdə təkamül xarakteri daşıyan dəyişkənliklər onun hər bir mərhələsində baş verə bilər. A.N.Seversov bunları ümumiləşdirərək 3 qrupa bölür: anaboliyalar, deviasiyalar və arxallaksislər.

Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin