Ontogenezin təkamüLÜ



Yüklə 27,71 Kb.
səhifə4/7
tarix01.12.2022
ölçüsü27,71 Kb.
#120289
1   2   3   4   5   6   7
tekamül müh davamı

Rekapitulyasiya. Hər bir fərd ontogenez prosesində formalaşmasına baxmayaraq o, həm də mənsub olduğu növün uzun tarixi inkişafının nəticəsidir. Deməli, ontogenez nəinki filogenetik inkişafın zəminidir, həm də onun nəticəsidir.
Təkamüldə quruluşun dəyişilməsi ancaq ontogenezin dəyişilməsi vasitəsilə gedə bilər. Xüsusən fərdi inkişafın bu xüsusiyyəti ontogenezin son mərhələlərində daha çox baş verir. K.Berin “embrioloji oxşarlıqlar qanunu” na görə ontogenezin ən erkən mərhələlərində əcdad və qohum formaların müvafiq inkişaf mərhələləri arasında oxşarlıq çox saxlanılır. Beləliklə, ontogenez prosesində elə bil ki, əcdad formaların quruluşunun bir çox əlamətləri təkrar olunur. Inkişafın erkən mərhələlərində daha uzaq əcdadların, onun son mərhələlərində isə daha yaxın və ya daha müasir qohum formaların əlamətləri təkrar olunur. Əgər rüşeym oxşarlıqları ontogenezin erkən inkişaf mərhələləri üçün xarakterikdirsə, rekapitulyasiyalar, əksinə, inkişafın son mərhələlərində nisbətən daha tamlıqla təzahür edir. Iki orqanizmin rüşeym oxşarlığı ancaq onların mənşəyinin ümumiliyini göstərir. Rekapitulyasiya isə mövcud orqanizmlərin uzaq əcdadlardan tarixi inkişaf yolu ilə əmələ gəlməsi haqqında məlumat verir.
Qeyd etməliyik ki, əcdad əlamətlərinin rekapitulyasiyası təkamül prosesində anaboliyaların üstünlüyünə əsaslanır, bu isə yeni diferensiasiyaların qurulması ilə müşayiət olunur.
PROQRESSIV TƏKAMÜL

Təkamülün, ümumiyyətlə canlılar aləminin tarixən mütəşəkkilləşməsi istiqamətində getməsinə baxmayaraq, o çox müxtəlif istiqamətlərdə baş vermişdir. Buna görə də müasir canlılar aləmində bütün yaşayış proseslərini həyata keçirmək qabiliyyətinə malik olan birhüceyrəli formalarda (bakteriyalar, yosunlar, ibtidai heyvanlar və s.) başlayaraq ali formalara (quşlar, məməlilər) rast gəlinir. əgər canlı həyatın tarixi 3-4 milyard il bundan əvvəl başlamışsa, deməli hazırda mövcud olan hər bir növ müəyyən təkamül yolu keçmişdir.


Canlılar aləminin təkamülü, bir qayda olaraq, qeyri-məhdud olaraq baş versə də, ayrı-ayrı qrupların təkamülündə müəyyən məhdudiyyətlər olur. Elə ona görə də canlılar aləmində bəzi qrupların proqressiv təkamülü inkişafın müəyyən mərhələsində “bağlanır”, digərlərində isə proqressiv təkamül davam edir. Məsələn, elə bil ki, artıq balıqların, suda-quruda yaşayanların sürünənlərin və quşların proqressiv təkamülü dayanmışdır. Ən ali məməlilər, o cümlədən insanlar vaxtilə öz başlanğıcını ən ibtidai onurğalılardan almalarına baxmayaraq, proqressiv təkamül nəticəsində müasir səviyyəyə çatmışlar.
Ümumiyyətlə, bitki və heyvanlar aləminin ümumi təkamülü proqressiv xarakter daşıdığı halda, ayrı-ayrı filogenetik qrupların inkişafında bu qanunauyğunluq özünü hər vaxt və hər yerdə doğrultmur. Ayrı-ayrı qrupların və hətta ayrı-ayrı sistem və orqanların təkamülü bərabər surətdə baş vermir.
Proqressiv təkamül nəinki məməli heyvanlarda, həmçinin həşəratlarda, quşlarda, eləcə də bitkilər aləmində müşahidə olunur.
Proqressiv təkamülün kriterisi müəyyən edilərkən canlıların əsas kimpleks əlamətləri, məsələn, orqanizmlərin informasiya tutumunun həcmi, ontogenezin avtonomlaşma səviyyəsi, fərdin həyatiliyinin və ümumi aktivliyin yüksəlməsi və s. kimi əlamətlər nəzərə alınmalıdır.
Ümumiyyətlə, canlılar aləmində proqressiv təkamüldə mütəşəkkillik səviyyəsi mütləq dərəcədə deyil, zaman və məkanda asılı olaraq nisbi mənada başa düşülür. F.Engels qeyd edir ki, hər bir proqresin əsas qanunu onun nisbiliyindədir. Buna görə də, proqressiv təkamülü tam dəqiqləşdirmək çox çətindir.

Mövzu 8.İnsanın əmələ gəlməsi.


İnsan necə, nə zaman və hansı canlılardan başlanğıc almışdır və s. kimi suallar tarix boyu alimlərin və filosofların diqqət mərkəzində olmuşdur. Bu suallar din xadimlərini də az maraqlandırmamışdır.
Canlılar aləminin sistemləşdirən K.Linney (1735) insanı «məməlilər» sinfinin primatlar dəstəsinə daxil etmişdir. Lakin o, bütün növlərin Allah tərəfindən yaradılması haqqında irəli sürdüyü kreasionist nəzəriyyəsini insana da tətbiq etmişdir.
J.B.Lamark (1809) insanın təbii təkamül yolu ilə meymunlardan əmələ gəlməsi fikirini irəli sürmüş, lakin bu məsələni materializm baxımdan axıra qədər həll edə bilməmişdir.
İlk dəfə antropogenez problemi Ç.Darvininin «İnsanın mənşəyi və cinsiyyəyli seçmə» (1871) adlı əsərində öz materialist həllini tapa bildi. O, külli miqdarda müxtəlif faktlarla insanın qədim dünya insanabənzər meymunlarının bir şaxəsi olduğunu sübut etdi. F.Engelsin (1896) «Meymunun insana çevrlməsi prosesində əməyin rolu» əsəri bu problemin həllində mühüm rol oynamışdı.
Müasir biologiyada insanın heyvanlar aləmi sistemində tutduğu yer müəyyən edilmişdir. Məlum olmuşdur ki, insan heyvanlar aləminin xordalılar tipinin, onurğalılar yarımtipinə (onurğanın, iki cüt ətrafın olmasına, ürəyin döş qəfəsi nayihəsində yerləşməsinə görə) məməlilər sinfinə (bədən temperaturunun sabitliyinə, balanın ana bətnində inkişafına, süd vəzilərinin olmasına, bədənin tüklə örtülməsinə görə), ətənəlilər (plasentalılar) yarımsinfinə (balanın ana bətnində inkişafına və ətənə vasitəsilə qidalanmasına görə), primatlar dəstəsinə, antropoidlər (insanabənzərlər) yarımdəstəsinə, ali darburunlar qrupuna, insanlar fəsiləsinə (Hominodea) daxil edilir. Bu ailənin yegane bir cinsi – insan (Homo) və bu cinsin yeganə bir növü vardır ki, o da dərrakəli insan (Homo sapicns) adlanır.
Müasir təbiətdə bir sıra morfoloji, fizioloji əlamətləri ilə və psixoloji xüsusiyyətləri ilə insanabənzər meymunlar yaşayır. Bunlardan hibbonlar, oranqutan, qorilla və şimpanzeləri göstərmək olar.
Hibbonlar – Hindistanın cənub-şərqində və Tayvan (Formoza) və Sumatra adalarında yaşayır. Hibbonların qolları bədənlərinə nisbətən çox uzundur. Onlar əsasən ağac həyatı keçirir. Əlləri ilə budaqlardan sallanıb ağacdan-ağaca sıçrayır. Ağacdandan yerə endikdə yarımşaquli vəziyyətdə hərəkət edir. İnsanabənzərlər içərisində hibbonlar kiçik meymunlardır.
Oranqutan iri meymunlardır, boyları 1,5 m-ə çatır, çox tüklüdür, tükləri sar-qırmızıya malır. Borneo və Sumarta adalarının bataqlıq meşələrində yaşayır və vaxtlarının çoxunu ağaclarda keçirir.
Şimpanze – Afrikanın tropik meşələrində yaşayır, sifəti çox tüklü olmur, bədən tükləri qaradır, boyu 1,5 m-dir.
Qorilla – insanabənzər meymunlar içərisində ən iri meymunlardır. Afrikanın ekvatorial meşələrində yaşayır. Tüklərinin rəngi qaradır, çox zaman yerdə hərəkət edir.
Adlarını çəkdiyimiz meymunlar quyruqsuz olmalarına, dırnaqlarının yastılığına, anatomik quruluşlarına, fizioloji xüsusiyyətlərinə (qan qruplarına), beyinlərinin quruluşuna zehni inkişaflarına, çoxalmalarına və bir sıra əlamətlərinə görə başqa məməli heyvanlardan və genburun meymunlardan fərqlənir və insana yaxınlaşır. Lakin insanlar bu meymunlardan əmələ gəlməmişdir. Həm insanlar, həm də müasir insanabənzər meymunlar vaxtilə yaşamış qədim insanabənzər meymunlardan başlanğıc almışlar.



Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin