Ontogenezin təkamüLÜ


Qazıntı halında tapılan qədim insanabənzər meymunlar



Yüklə 27,71 Kb.
səhifə5/7
tarix01.12.2022
ölçüsü27,71 Kb.
#120289
1   2   3   4   5   6   7
tekamül müh davamı

Qazıntı halında tapılan qədim insanabənzər meymunlar
Müasir insanabənzər meymunların və insanın ən qədim əcdadlarına dair aşağıda verilmiş bir sıra qazıntı çaterialları tapılmışdır.
Parapiteklər. Tapılan qazıntılar içərisində parapiteklər çox da iri olmamışlar. Bu sahədəki ədəbiyyatda və bəzi dərsliklərdə parapiteklərin divergensiya yolu ilə iki şaxəyə ayrılması göstərilir. Həmin şaxələrin birindən müasir oranqutanlar və hibbonlar, o biri şaxədən isə driopiteklər əmələ gəlmişdir. Driopiteklər də divergensiya yolu ilə iki şaxəyə ayrılmışdır. Bu şaxələrin birindən müasir şimpanze və qorilla əmələ gəlmiş, o biri şaxə isə insanlaşmağa doğru inkişaf etmişdir.
Pamapiteklər. 1934-cü ildə Hindistanda aparılan qazıntı zamanı iri insanabənzər meymunlardan olan pamapiteklərə dair maraqlı qazıntı materialı tapılmışdır. Bunlar dördlük dövrünün miosen və pliosen epoxasında yaşamışlar. Pamapiteklərə aid qazıntı materiallarına sonralar Pakistanda, Afrikanın cənub-şərqində, Yaxın Şərqdə və Mərkəzi Avropada da təsadüf edilmişdir. Bunlar 10 milyon il bundan əvvəl yaşamışlar. Bunlar tez-tez iki ayaq üstə qalxıb, ətrafı gözdən keçirir, ovlarını və düşmənlərini görə bilirdilər.
Avstralopiteklər. 1924-cü ildə Afrikanın cənubunda insana daha yaxın olan qədim insanabənzər meymunlara dair çox maraqlı qazıntı materialları tapılmışdır. Bu tapıntılara aid olan qədim insanabənzər meymunları avstralopitek (lat. Avstralis-cənub, yun.pithecus-meymun) cənub meymunu adlandırmışlar.
Avstralopiteklərin boyu 120-150 sm, çəkiləri 20-65 kq imiş. Bunlar dişlərinin quruluşuna və sisteminə görə insanlara çox oxşar olub və köpək dişlərinin çox da iri olmamasına: kəllənin üz hissəsinə, çənələrinin, onurğanın quruluşuna, kəllənin onurğa üzərində yerləşməsi vəziyyətin, beyin çəkisinə (500 q) və quruluşuna görə belə nəticəyə gəlmişlər ki, qədim insanabənzər meymunlara dair avstralopiteklər müasir insanabənzər meymunlara nisbətən insana daha çox oxşayırmış. Bunlar iki ayaq üstdə gəzmiş, ağaclarda deyil, mağaralarda yaşamışlar. Mağaralarda özlərini müdafiə etmək və heyvanları ovlamaq üçün istifadə etdikləri dəyənək, daş və dırnaqlı heyvanların sümükləri tapılmışdır.
Belə güman edilir ki, avstralopiteklərin bəzi növləri oddan istifadə edə bilirlərmiş. Avstralopiteklərin bir neçə növü olmuşdur. Bunlardan biri zincantroplardır. Bunlara aid qazıntı qalıqlarının antopoloq L.Liki tapmışdır(1959). Təxminən 8 000 000-750 000 il bundan əvvəl yaşamışlar.

Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin