Cədvəl 5.OPEK ölkələrinin neftdən asılılıq dərəcəsi
Neft və neft məhsullarının ixracından əldə olunan gəlir İranın iqtisadi inkişafının,valyuta gəlirlərinin və ölkə büdcəsinin formalaşdırılmasınin əsas mənbəyidir.Ölkənin xarici valyuta gəlirlərinin 85%-i real gəlirlərinin 70%-dən çoxu birbaşa və dolayı yolla neft istehsalı ilə bağlıdır.İran təsdiq ounmuş neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur .Bu ehtiyatların 80%-i Xuzistan vilayətindəki və Fars körfəzinin İrana aid olan sektorunun Şelf zonasında yerləşən neft yataqlarının payına düşür.
2001-ci ildə İranda gündəlik neft hasilatı 3675 min barrel olmuşdur.Bir il ərzində 182 milyon ton neft istehsal olunmuşdur ki, onun 112 milyon tonu ixrac olunmuşdur .Dünya bazarında yüksək neft qiymətlərinin formalaşması əldə olunan gəlirlərin nəzərdə tutulan gəlirlərdən 3 milyard dollar çox olması ilə nəticələnmiş və dövlət büdcəsində neft gəliri 16 milyard dollar məbləğində əks olunmuşdur.2007-ci ildə isə İran öz istehsalını artıraraq gündəlik 4030 min barrelə çatdirmışdır ki ,bu da OPEK ölkələrində istehsal olunan neftin 12%-ni təşkiln edir.OPEK ölkələrinin 2001-2007-ci illərdə istehsal etdikləri neftin dinamik göstəriciləri ifadə olunub :