Opek-in yaranma səbəbləri və onun tarixi inkişafı


Cədvəl 3.1996-2015-ci illər ərzində OPEK-in proqnozlaşdırdığı enerji ehtiyatları



Yüklə 359,23 Kb.
səhifə3/6
tarix20.01.2017
ölçüsü359,23 Kb.
#817
1   2   3   4   5   6

Cədvəl 3.1996-2015-ci illər ərzində OPEK-in proqnozlaşdırdığı enerji ehtiyatları

OPEK-in məqsədləri :

OPEK-in məqsədi ,neftin qiymətinin stabilliyinin təmin olunması neftin istehlakçılara çatdırılması , neft sahəsinə qoyulan investisiyalardan gəlir əldə edilməsi üçün , təşkilatın üzv ölkələri arasnda neftin hasilatı sahəsində fəaliyyətinin əlaqələndirilməsi və ümumi siyasətin işlənib hazırlanmasıdır.

OPEK-in əsas məqsədləri :

1.Üzv ölkələrin neft siyasətinin əlaqələndirilməsi və unifikasiyası;

2.Üzv ölkələrin maraqlarının qorunması üçün daha effektiv fərdi və kollektiv vasitələrin müəyyən edilməsi;

3.Dünya neft bazarlarında neftin qiymətinin stabilliyinin təmin edilməsi;

4.Nefti hasil edən ölkələrə diqqət yetirilməsi və aşağıdakıların təmin edilməsi:neft istehsal edən ölkələrin gəlirlərinin dayanıqlığı, istehlakçı ölkələrin effektiv ,səmərəli və mütəmadi olaraq neftlə təmin olunması, neft sənayesinə investisiyalardan gələn gəlirlərin ədalətli bolgüsü,bugünkü və gələcək nəsillərin rifahı üçün ətraf mühitin müdafiəsi;

5.Dünya bazarınada neftin qiymətinin stabilləşdirilməsi uzrə təşəbbüslərin həyata keçirilməsi məqsədilə OPEK-ə üzv olmayan ölkələrlə əməkdaşlıq.



İqtisadi böhranların OPEK-in inkişafına təsiri.

Dünya iqtisadiyyatında baş verən böhran mühiti (adətən iqtisadi , siyasi və hərbi qarşıdurma səbəbiylə )neft bazarlarına da ciddi təsir edir .Yaranmış bu vəziyyət bilavasitə OPEK-in fəaliyyətinə və onun tənzimləmə mexanizminə təsir edir .OPEK yarandıqdan sonra ilk olaraq ciddi mənada böhran 1970-ci illərdə yaşanmışdır .6 oktyabr 1973-cü ildə Suriya və Misirin İsrailə hərbi hücumundan sonra Yom –Kippur müharibəsi başlandı .Bu ərəb-israil konflikti özü ilə yeni böhran da yaratdı . Qərb ölkələri bu hadisədən sonra daha ucuz qiymətə neft alıb əvəzində yüksək qiymətə III dünya ölkələrinə əmtəə ixracını dayandırmalı oldu .1973-cü ildə ərəb ölkələri ABŞ-ın İsraili müharibədə dəstəklədiyinə görə onu cəzalandırmaq məqsədilə neft embarqosuna əl atdılar .Opek qiymətlərin qalxdığını elan edərək onu 5.11 $/barrel-ə çatdırdı .

-1979-cu ildə ABŞ-dakı neft böhranı İran inqilabının başlanması səbəbilə yarandı.Bu proseslər neft sektorunu tamamilə dayandırdı. Yeni rejim neft ixracını yenidən bərpa edənə qədər bazarda qiymətlər çox qalxdı .Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri istehsalın həcmini artıdılar ki ,tarazlıq olsun .Lakin yenədə 4%-lik istehsal kəsiri mövcud idi .Bütün bunlar gözlənilməz qiymət artımına səbəb oldu .

-1980-1986-cı illər. On ildə rekord səviyyəyə çıxan neftin qiyməti 1980-ci ildən sonra düşməyə başlayıb və 1986-cı ildə qiymətdəki eniş 46 faiz ilə ifadə olunurdu. “Brend” markalı xam neftin bir barrelin qiyməti 8,75 dollara qədər aşağı düşüb. OPEK bundan sonra sabit qiymət tətbiqindən imtina edib və neft bazarında itirdiyi bazar payını yenidən qazanmaq üçün qiymətləri endirib.

-1990-1991-ci illər. İraqın Küveyt işğalı və ilk körfəz müharibəsi ilə neftin qiyməti 41,90 dollara yüksəlib.

-1997-99-ci illər.Asiyada iqtisadi böhranın başlaması səbəbi ilə OPEK hasilatın miqdarını 10 faiz yüksəltməyi qəbul edib.İqtisadi böhran 1998-ci ilin sonunda “Brend” markalı neftin qiymətini 10 dollardan da aşağı salıb.

-2001-2003-cü illər.Dünyanın ən böyük iqtisadiyyatı və ən böyük enerji istehlakçısı ABŞ-da 11 Sentyabr hadisəsi neft qiymətinin aşağı düşməsi ilə nəticələnib. ABŞ və onun müttəfiqlərinin İraqı işğal etməsi ilə neft bazarında neftə olan tələb gündəlik 2,5 milyon barrel azalıb. Neftin qiyməti müvəqqəti olaraq aşağı olub, ancaq artan tələb 2003-2004-cü illərdə neftin qiymətini canlandırıb.

-2004- 2008-ci ilin ilk günlərində xam neftin bir barrel qiyməti ilk dəfə 100 dollar sərhəddini keçib. Neft qiymətindəki sürətli yükləliş davam edib və 2008-ci ilin iyul ayında qiymət 147,27 dollarla bütün dövrlərin ən yüksək səviyyəsinə qalxıb. Qlobal iqtisadi böhran ilə neftin qiyməti 147,27dollardan 2008-ci il dekabr ayında 32,40 dollara qədər geriləyib. Neft qiymətindəki enişin qarşısını almaq üçün OPEK hasilatı azaldıb.Bundan sonra, 2009-cu ilin sonundan etibarən neft qiyməti 70-85 dollar ətrafında hərəkət edir.Əslində 2008-2009 dünya neft bazarında olduqca tərəddüdlü dövrdür.Çünki , təsərrüfat mexanizminin yüksək inkişafı –məcmu tələbin yüksək həcmi 2008-də neft qiymətlərinin dəhşətli qrtımına səbəb oldu .Lakin ABŞ-da başlayan böhran qısa dövrdə bütün dünyaya yayıldı .Yaranmış vəziyyət qiymətlərin kəskin azalması ,işsizlik və tələbin minimumlaşdırılması ilə xarakterizə olunur .Dünya neft bazarı 2009-cu ilin 1-ci yarısında qlobal böhran səbəbilə ən aşağı səviyyəyə düşmüşdür. Bu elə bir səviyyədir ki ,bundan sonra o yalnız qalxa bilər .

Eyni zamanda OPEK-in daxilində də qarşıdurmalar hökm sürür.Ərəbistan yarımadası ölkələri , xüsusilə ,Səudiyyə Ərəbistanı istehsal kvotaları tərəfdarı olsa da İran , Venesuela və Anqola yaranmış mühitdə kvotalara riayət etmirlər.OPEK demək olar ki, 2009-cu ilin payızında öz hədəfinə çatıb.Beləki,bazarda tələbin artması hesabına neftin 1 barrelinin qiyməti 70$-a qədər yüksəlmişdir.2010-cu ildə neftin qiymətində artım müşahidə olunmuşdur.Və bu zaman 1 barrelin qiyməti 85$ olmuşdur.

Ümumiyyətlə böhran mühitində OPEK hər zaman olmasa da ;lazımi anlarda olduqca konstruktiv davranır.Çünki OPEK üzv ölkələrin hər biri bu böhranı öz iqtisadiyyatlarında yaşamaq fikrinfdə deyillər.Hamısı İEOÖ kateqoriyasına aid olan təşkilat ölkələri dunya maliyyə sistemində mühüm rol oynayırlar.Bu ona görədir ki,böyük həcmdə neft gəlirləri dünyanın ən nüfuzlu maliyyə şirkətlərinin sərəncamına verilir.Daha açıq şəkildə desək,OPEK konstruktiv siyasətlə neftdən əldə etmiş gəlirlərin təhlükəsizliyini təmin edir.



1.3 OPEK-in dünya neft bazarına təsiri

OPEK-in dünya iqsadiyatındakı yeri və rolu ,həmçinin düunya neft bazarına təsiri dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilmişdir.Dünyada mövcud olan neft ehtiyatları 1317 miyard barrelə bərabərdir.Bu resursların təqribən ¾-ü OPEK ölkələrinin payına düşür.



opec share of world crude oil reserves

Diaqram 1.OPEK ölkələrinin xam neft ehtiyatı (2011)

Diaqram 1-dən göründüyü kimi 2011-ci ilin sonunda OPEK ölkələri arasında xam neft ehtiyatı üzrə ilk sıralarda Venesuela -297.6 milyard barrel ,Səudiyyə Ərəbistanı -265.4 milyard barrel ,İran -154.6 milyard barrel ,İraq 141.4 milyard barrel ,Küveyt -101.5 milyard barrel ,BƏƏ- 97.8 milyard barrel ,Liviya -48 milyard barrel ,Nigeriya -37.2 ,Qatar- 25.4 , Əlcəzair -12.2 ,Anqola -10.5 ,Ekvador isə 8.2 milyard barrel təşkil edir.



OPEK mütəxəssislərinin fikrinə görə bu günkü neft istehsalı həcmləri saxlanarsa təşkilat ölkələrində neft ehtiyatları 90 ilə tükənəcəyi halda ,digər neft istehsal edən ölkələrdəki ehtiyatlar 20 ilə kifayət edər.Əlbəttə ki , yeni texnologiyaların tətbiqi OPEK mütəxəssislərin proqnozlarında müəyyən dəyişikliklərə səbəb olacaqdır.

 

2012

1Q13

2Q13

3Q13

4Q13

2013

Artim

%

Amerika

23.75

23.66

23.73

23.93

23.88

23.80

0.05

0.20

Avropa

13.80

13.27

13.48

13.58

13.42

13.44

-0.37

-2.65

Asiya-Sakit Okan

8.50

8.88

7.88

8.20

8.67

8.41

-0.09

-1.08

Cəmi

46.05

45.81

45.09

45.71

45.97

45.64

-0.41

-0.89




























Orta Asiya

10.80

10.85

11.03

11.13

11.12

11.03

0.24

2.18

Latın Amerikası

6.26

6.21

6.44

6.70

6.59

6.49

0.23

3.63

Orta Şərq

7.58

7.81

7.78

8.18

7.77

7.89

0.31

4.03

Afrika

3.38

3.39

3.38

3.32

3.47

3.39

0.01

0.26

Cəmi

28.02

28.25

28.63

29.33

28.95

28.80

0.78

2.77




























Keçmiş Sovet İttifaqı

4.41

4.33

4.18

4.59

4.84

4.49

0.07

1.63

Digər Avropa

0.64

0.63

0.59

0.63

0.71

0.64

-0.01

-0.81

Çin

9.74

9.79

10.23

9.91

10.43

10.09

0.35

3.59

Bütün digər regionlar

14.80

14.75

14.99

15.12

15.98

15.21

0.42

2.81




























Bütün dünya

88.87

88.81

88.71

90.16

90.90

89.65

0.78

0.88

İlkin qiymətləndirmə

88.87

88.95

88.66

90.14

90.87

89.66

0.79

0.89

Yenidən qiymətləndirmə

0.00

-0.14

0.04

0.02

0.03

-0.01

-0.01

-0.01

Cədvəl 4 2013-ci ildə dünya neft tələbatı

Beynəlxalq energetika agentliyinin hesabatına görə yaxın gələcəkdə neft ən əsas enerji mənbəyi olaraq qalacaq.Onun payı nəqliyyat sektorunda daha da aratacaqdir.Maye qazın istehlakı 2020-ci ilə əhəmiyyətli dərəcədə artacaq və kömurun istehlak səviyyəsinə çatacaqdir.Nüvə enerjisinin istifadəsində kiçik artım tempi və stabilləşmə qeydə alınacaq.Hidroenerji və digər bərpa olunan enerji resursları dünya enerji balansında kiçik templə də olsa sabit şəkildə artacaqdır.Agentlik tərəfindən dünya iqtisadiyyatında illik 3.1% enerji istehlakında isə illik 2% artım olacaqdır.

Hazırda dünya neft hasilatının yarısı OPEK ölkələrinin payına düşür.İqtisadi nəzəriyyədə bazardakı subyektin bazar payının 33%-dən artıq olduğu halda onun inhisarçi olduğunu nəzərə alsaq ,OPEK-in dünya neft bazarlarında inhisarçı mövqe tutduğunun şahidi olarıq.OPEK-in dünya neft bazarına çıxardığı “neft səbətinə” 12 üzv ölkənin istehsal etdikləri neft markaları daxildir.Səbətdə hər bir ölkə 1 neft markası ilə təmsil olunur.Bu neft markalarının qiymətləri tərkibindəki kükürd və yüngül fraksiyaların miqdarına görə fərqlənir.

OPEK-in dünya neft bazarındakı yeri və rolu onun dünya neft bazarına çıxardığı xam neftin miqdarı və qiymətlərə təsir imkanları ilə müəyyən olunur.

Təşkilat tərəfindən dünya bazarlarında neftin qiymətinin sabit saxlanılması məqsədilə hasilat kvotası müəyyənləşdirilir.Daha sonra müəyyən olunmuş ümumi kvotalar ölkələr arsında bölüşdürülür.

OPEK ölkələri tarixi proeslər fonunda istehsalında ciddi mənada assimiliativ yanaşmalar ifadə etmişdir.

Beləki , XX əsrin son onilliklərində Fars körfəzində baş verən hərb və siyasi hadisələr region ölkələrinin iqtisadiyyatına ciddi şəkildə təsir göstərdi.Əgər 1980-ci ildə Səudiyyə Ərəbistanında neft hasilatı 497 milyin ton idisə,1987-ci ildə bu göstərici təxminən iki dəfə azalaraq 255 milyon tona bərabər olmuşdur.Analoji situasiya regionun digər ölkələrində də müşahidə olunmaqda idi.1980-ci ildə Küveyt və Birləşmiş Ərəb Əmirliklərində neft hasilatı müvafiq olaraq 81.5 milyon ton və 82 milyon ton idisə ,1987-ci ildə bu göstərici müvafiq olaraq 27 və 47.5 milyon tona bərabər olmuşdur.

Dünya neft bazarında OPEK ölkələri iştirak etməsə , onların inkişafı mümkünsüz olar .Neft təşkilat ölkələrinin əsas gəlir mənbəyi olmaqla bütün ölkə iqtisadiyyatını arxasınca aparır.Lakin neft qiymətləri nə qədər də yüksək olsa xammal həmişə hazır məhsula nisbətən ucuzdur.Bu amili nəzərə alan bir sıra OPEK ölkələri daxildə emaledici sənayenin inkişafına diqqət ayırmağa başlmışlar.

Hazırda təşkilata üzv ölkələrdən İranın ixracının 33%-ni emaledici sənayenin məhsulları tutur.İxrac olunan əmtəələr içərisində neft emalı və kimya sənayesi məhsulları böyük çəkiyə malikdir.Cədvəl 5-dən ydin olur ki,dünya neft bazarlarında baş vermiş dəyişikliklər OPEK ölkələrinin gəlirlərinə ciddi təsir:

İllər

Faiz

1970

85

1975

96

1980

94

1985

84

1990

75

1995

62

2000

68

2001

66

2002

63

2003

64

2004

67

2005

72

2006

75

2007

77

2008

76


Yüklə 359,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin