- 11 -
Çoxməntiqli dərketmə (Multilogical thinking) - Məsələləri hərtərəfli yanaşma prinsipilə nəzərə
almaqla düşünmə bacarığı.
Çoxməntiqli problemlər (Multilogical (multi-dimensional) problems) – Bir neçə təhlil
metodu
olan
problemlər. Çoxməntiqli problemlərin həlli yolları haqqında sərbəst düşünə bilən şəxs
çoxtərəfli yanaşma qabiliyyətinə malik hesab edilir.
Çoxsahəli qavrama (Multiple intelligences) - Hovard Qardnerin
problemlərin həlli və yeni
ideyaların yaradılmasında insanların istifadə etdikləri genişhəcmli bacarıqların təsviri üçün irəli
sürdüyü nəzəriyyə.
Çoxsahəli
qavrama nəzəriyyəsinə görə, insan zehni
musiqi, hərəkət, məntiqi-riyazi, linqvistik,
məkani, fərddaxili, fərdlərarası və
naturalist kimi müxtəlif qavrama qabiliyyətlərinə malikdir ki, bu
da onların ayrı-ayrılıqda, eləcə də digər istedad sahələri ilə əlaqəli şəkildə
tətbiq edilməsinə geniş
şərait yaradır.
Dostları ilə paylaş: