Çoxsaylı cavab imkanına malik tapşırıq (Multiple-response Item) - İki və daha artıq düzgün
cavab variantı olan tapşırıq növü.
Çoxsaylı seçim (Multiple choice) - Çoxlu sayda bəndlərdən ibarət olan və hər bənddən sonra
çoxlu sayda alternativ cavablardan təşkil olunmuş test və həmin testə verilən cavab forması.
Çoxsəviyyəli modelləşdirmə (Multilevel Modelling) – Şagird, sinif və məktəbin səviyyəsi üzrə
göstəricilərin təhlili.
D Daha zəif mərhələli öyrənmə (Lower order learning) – Təkrar, əlaqələndirmə və çalışmalar
əsasında öyrənmə üsulu. Təlim və tədrisdə belə bir öyrənmə üsulunun
müxtəlif variantları tətbiq
edilir.
Daxili ardıcıllıq (İnternal Consistency) -1. Test tapşırıqlarının eynilik/oxşarlıq dərəcəsi; 2.
Testin iki hissəsi üzrə qiymətlərin müqayisə olunması.
Davamiyyət səviyyəsi (Attendance rate) - Tədrisə cəlb edilmiş şagirdlərin (tələbələrin) sayının
orta gündəlik davamiyyətə bölünməsi ilə hesablanan faiz nisbəti.
Davranış fənləri / elmləri (Behavioral studies/sciences) -İnsan orqanizminin ətraf mühitə
reaksiyasının öyrənilməsindən bəhs edən bütün fənləri özündə əks etdirən ümumi bölmə.
Davranış intizamsızlığı (Behaviour disorder) - Şəxsin qəbul edilmiş sosial davranış norma və
qaydalarını pozması. Davranış intizamsızlığı nümayiş etdirən şəxslə cəmiyyət üzvləri arasında
konfliktlərin yaranması labüddür.
Davranış nəzəriyyəsi (Behaviorism) - Psixologiyada nizam-intizamın rolunu əsas götürən və
psixologiyanı davranış fənni kimi öyrənən nəzəriyyə.
Davranış uyğunlaşması (Behavior accommodation) - Müəyyən edilmiş qaydalara və
gözlənilən davranışa əsasən motivasiya və razılaşmaların uyğunlaşması.
Deduktiv səbəb (Deductive reasoning) - Ümumi müddəalardan xüsusiyə doğru müəyyənləşən
səbəb.