Orijinal adı: «Education Glossary»


Dekonsentrasiya (Deconcentration)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   11   12   13   14   15   16   17   18   ...   92
KİTAB Təhsil lüğəti

Dekonsentrasiya (Deconcentration) - Cavabdehlik məsuliyyətinin idarəetmə sisteminin 
müxtəlif səviyyələri arasında bölünməsi. Bu zaman səlahiyyət və məsuliyyət yuxarıdan
aşağılara 
doğru paylanır. 
 


- 12 - 
Dəqiq təlimat (Explicit instruction) - Şagirdlərin yeni bilik və bacarıqlar əldə etməsinə kömək 
məqsədilə müəllim tərəfindən dəqiq və düzgün təlimatın verilməsi. 
 
Dərəcə şkalası (Rating Scale) - Tapşırığın yerinə yetirilmə səviyyəsinin təsviredici sözlərlə ifadə 
olunmasına əsaslanan şkala. Nailiyyət səviyyəsini göstərmək üçün tapşırığın yerinə yetirilmə 
keyfiyyətindən istifadə olunur (məsələn: qabaqcıl, orta, naşı). Bu şkala hər yerinə yetirmə səviyyəsi 
üzrə konkret sözlərlə ifadə oluna bilər (baxDiapazon Deskriptorları)
.
 
Dərketmə bacarıqları üzrə test (Cognitive Test) - İnsanın öyrənmə qabiliyyəti və üslubunun 
müəyyənləşdirilməsi üçün tətbiq edilən qiymətləndirmə vasitəsi. Bu vasitədən, əsasən, tədris prosesi-
nin konkret şagirdə uyğunlaşdırılması məqsədilə zəruri məlumatların əldə edilməsi üçün istifadə 
olunur. 
Dərrakə (Intelligence) - Аğıl, düşüncə, şüur, anlama; dərketmə qabiliyyəti.
 
Dərs (Lesson) – Məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Müəllim konkret zaman 
daxilində siniflə konkret fənn üzrə məşğul olur. İstifadə olunan vasitələrdən asılı olaraq, dərsin 
mühazirə, açıq, izahlı, virtual dərs və s. kimi müxtəlif növləri tətbiq edilə bilər.
Dərsin planı (Lesson Plan) - dərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün müəllim 
və şagird arasında qarşılıqlı münasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin 
tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər, metodlardan 
düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı konspekt şəklində çıxış edir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin