Orijinal adı: «Education Glossary»



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   15   16   17   18   19   20   21   22   ...   92
KİTAB Təhsil lüğəti

 

 
Effektivlik (Effectiveness) - Öyrənən tərəfin təlimə olan ehtiyacını müsbət təsirlərlə təmin edən 
məktəb, müəllim, tədris vəsaitləri və s. aid ümumi əlamət.
 
Effektiv (Səmərəli) məktəblər (Effective schools) – Təhsildə əldə etdiyi nəticələrlə təhsil alan 
şagirdlərə müsbət təsir göstərən məktəblər.
Effektiv müəllim (Effective teacher) - Təlimdə nəzərdə tutulmuş nəticələrə uğurla nail olan 
müəllim. 
 
Effektiv təlim (Effective teaching) - Şagird və tələbələrin təlimdə nəzərdə tutulmuş nəticələri 
uğurla əldə etmələrinə yönəlmiş təlim. 
Ehtimal əmsalı (Guessing Parameter
)
Aşağı bilik səviyyəsinə malik şagirdin (tələbənin) hər 
bir sualı təsadüfən düzgün cavablandırması ehtimalı. Bu ehtimal ayrı-ayrı tapşırıqlar üzrə fərqli ola 
bilər. Ehtimal əmsalı bu amilləri nəzərə alan modelin yaradılmasına imkan verir. 
 
Ehtiyacların qiymətləndirilməsi (Needs assessment) - Xüsusi vəziyyətdə məqsəd və şərtlərin 
əlaqəli şəkildə dəyərləndirilməsi; məqsədlərin çatışmayan cəhət və mümkün dəyişikliklərlə əlaqəli 
təhlili.
 
Ekskursiya (Field trip) – Şagirdlərin (tələbələrin) fənn üzrə təcrübi bacarıqlarının inkişafı 
məqsədilə keçirilən məktəbdənkənar təcrübi iş. 
Eksperimental təhsil (Experimental education) - Ənənəvi sinifdaxili təlimdən fərqli olaraq
təcrübə, ekskursiya, interna və ya təcrübü yönümlü digər layihələrə əsaslanan təhsil. 
 
Ekvivalent formalar (Equivalent Forms) – Eyni, yaxud oxşar məzmun və mürəkkəblik 
dərəcəsinə malik olan, konkret qrup üçün çox yaxın orta qiymət göstəricisi müəyyənləşdirən iki və ya 
daha çox test formalarından biri. 
 
Emosional narahatlıq (Emosional disorder) – Şagirdlərin (tələbələrin) yüksək utancaqlıq, 
həyəcan və asılılıq kimi göstəricilərlə səciyyələnən narahatlıq hissi.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin